02 Mart 2022 14:50

Agentlik İT sahəsi üzrə Könüllü proqramı layihəsi elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İT sahəsi üzrə Könüllü proqramı layihəsi elan edir.

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;

  • Real korporativ mühitdə çalışmaq imkanı;

  • Əmək vərdişlərinin aşılanması;

  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;

  • Seçilmiş könüllüləri növbəti layihəyə cəlb olunma imkanı.

Könüllülərin fəaliyyət göstərəcəyi istiqamətlər:

  • İT Help desk;

  • DevOps;

  • İnformasiya Təhlükəsizliyi;

  • İT Monitorinq;

  • NetCore , C# üzrə Back-End proqramlaşdırma;

  • React və əlaqəli texnologiyalar üzrə Front-End proqramlaşdırma;

  • SQL proqramlaşdırma ( Mysql, PostgreSQL və digər Rdbms baza üzrə);

  • Məlumat inzibatçılığı üzrə Database Admin;

  • İT analitika;

  • UI-UX dizayner.

Bizim üçün uyğun könüllü:

  • Yuxarıda göstərilən istiqamətlər üzrə təhsil alanlar, gələcək karyerasında bu sahə üzrə görənlər və ya yeni məzun olanlar;

  • Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür);

  • MC Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;

  • Ünsiyyət bacarığı;

  • İntizamlılıq və tez öyrənmə bacarığı;

  • Komanda şəklində işləmə bacarığı.

Əlavə məlumatlar:

  • İş qrafiki: 5 günlük iş həftəsi (natamam iş vaxtı ilə)

  • Könüllü proqramı layihəsi 3 ayadək nəzərdə tutulmuşdur.

Müraciət qaydası:

  • Könüllü proqramı layihəsinə son müraciət tarixi: 01.04.2022-ci il;

  • CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir[1];

  • “Mövzü” bölməsində “İT sahəsi üzrə Könüllü Proqramı” qeyd edilməlidir;

  • Müraciətlər nəzərdən keçirilərək, uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

 

[1] Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

 


 

 

Zəng sifariş et