01 Avqust 2022 17:23

Agentlik “Yüklərin şəhər və rayonlara daşınması üçün yükdaşıma, avtokar, kran, evakuasiya və fəhlə xidmətləri”nin satın alınması üzrə təkliflər sorğusu elan edir

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs “Yüklərin (tibbi və qeyri-tibbi malların) şəhər və rayonlara daşınması məqsədilə yükdaşıma, avtokar, kran, evakuasiya və fəhlə xidmətləri”nin satın alınması üzrə təkliflər sorğusu elan edir.

Təkliflər sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olumalıdır).

İddiaçıların təklifi, həmçinin tender ilə əlaqədar bütün yazışmalar və sənədlər Azərbaycan dilində həyata keçirilməlidir.

Tender 1 lot üzrə keçirilir:

İştirak haqqı: Tələb olunmur.

Tenderdə iştirak etmək üçün sənədlər 01 avqust 2022-ci il saat 17.00-dan, 16 avqust 2022-ci il tarixdə, saat 15.00-dək 2 nüsxədə əsli və surətləri yazılmış və möhürlənmiş qaydada (Bakı şəhəri, Lev Tolstoy küçəsi 170) qəbul olunur.

Təkliflər 17 avqust 2022-ci il saat 11.00-da daxil olma ardıcılığı ilə açılacaqdır.

Əlavə məlumat üçün tender üzrə əlaqələndirici Cavid Əliyevə müraciət etmək olar.  (Telefon: 310-07-70 (daxili 2027) e-mail: jaliyev@its.gov.az)

Zərflər iddiaçıların səlahiyyətli nümayəndələrinin iştirakı ilə onların təqdimolunma ardıcıllığı üzrə açılacaq və təkliflər elan ediləcəkdir.

Zəng sifariş et