13 Aprel 2023 11:15
Agentliyin İdarə Heyətinin sədri Beyləqan rayonunda vətəndaşları qəbul edəcək
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev 28 aprel 2023-cü il tarixində Beyləqan, Füzuli, Xocavənd rayon sakinlərini qəbul edəcək.
Qəbul Beyləqan şəhəri, Sevil Qazıyeva küçəsi 21 ünvanında yerləşən Beyləqan Rayon Mərkəzi Xəstəxanasının konfrans zalında (2-ci mərtəbə) saat 10:00-da başlayacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə birgə Beyləqan, Füzuli, Xocavənd rayon mərkəzi xəstəxanalarının Ümumi şöbələrinə müraciət etməklə, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 Çağrı mərkəzinə, (+994 12) 310 07 70 (daxili 2117) əlaqə nömrəsinə zəng etməklə və ya Agentliyin www.its.gov.az rəsmi saytının vətəndaşların qəbulu üçün onlayn qeydiyyat bölməsi vasitəsilə, yaxud info@its.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlardan Agentliyin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı müraciət etmələri və şəxsiyyəti təsdiq edən sənədlə birgə gəlmələri xahiş olunur. Müraciətini yazılı təqdim etmək istəyən vətəndaşların diqqətinə çatdırırıq ki, müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.
Qəbula qeydiyyat 27 aprel 2023-cü il, saat 18:00-da başa çatır.
Elanlar
Zaur Əliyev Göyçay şəhərində vətəndaşları qəbul edəcək
29 Aprel 2024 15:49
Zaur Əliyev Daşkəsən şəhərində vətəndaşları qəbul edəcək
15 Aprel 2024 09:16
Zaur Əliyev Kürdəmir şəhərində vətəndaş qəbul edəcək
28 Fevral 2024 16:00
Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edəcək
30 Yanvar 2024 15:00
Zaur Əliyev Neftçala rayonunda vətəndaşları qəbul edəcək
07 Yanvar 2024 12:00
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edəcək
28 Noyabr 2023 12:30
Agentliyin İdarə Heyətinin sədri Quba rayonunda vətəndaşları qəbul edəcək
01 Noyabr 2023 17:00
Agentliyin İdarə Heyətinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edəcək
05 Oktyabr 2023 10:00
“Tibb müəssisələri üçün dərman vasitələri”nin satın alınması məqsədilə keçirilmiş tenderin qalibi müəyyən olub
05 Sentyabr 2023 10:00
Agentliyin İdarə Heyətinin sədri Sabirabad rayonunda vətəndaşları qəbul edəcək
29 Avqust 2023 23:00