03 October 2022 16:16
Agentliyin İdarə Heyətinin sədri Masallı rayonunda vətəndaşları qəbul edəcək
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev 21 oktyabr 2022-ci il tarixində Masallı və Yardımlı rayon sakinlərini qəbul edəcək.
Qəbul Masallı şəhəri, Zərifə Əliyeva küçəsi 54 ünvanında yerləşən Masallı Rayon Mərkəzi Xəstəxanasının konfrans zalında (2-ci mərtəbə) saat 10:00-da başlayacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə birgə Masallı və Yardımlı rayon mərkəzi xəstəxanalarının Ümumi şöbələrinə müraciət etməklə, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 Çağrı mərkəzinə, (+994 12) 310 07 70 (daxili 2117) əlaqə nömrəsinə zəng etməklə və ya Agentliyin www.its.gov.az rəsmi saytının vətəndaşların qəbulu üçün onlayn qeydiyyat bölməsi vasitəsilə, yaxud info@its.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlardan Agentliyin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı müraciət etmələri və şəxsiyyəti təsdiq edən sənədlə birgə gəlmələri xahiş olunur. Müraciətini yazılı təqdim etmək istəyən vətəndaşların diqqətinə çatdırırıq ki, müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.
Qəbula qeydiyyat 20 oktyabr 2022-ci il, saat 18:00-da başa çatır.
Announcement
Zaur Əliyev Şamaxıda vətəndaşları qəbul edəcək
04 September 2024 17:17
Zaur Əliyev Şəmkirdə vətəndaşları qəbul edəcək
31 July 2024 11:10
Gəncə şəhərində uzman həkimlərin uşaqlar üçün səyyar qəbulu keçiriləcək
15 July 2024 11:15
Zaur Əliyev Şəki rayonunda vətəndaşları qəbul edəcək
04 July 2024 16:15
Zaur Əliyev Goranboy rayonunda vətəndaşları qəbul edəcək
07 June 2024 09:00
Zaur Əliyev Göyçay şəhərində vətəndaşları qəbul edəcək
29 April 2024 15:49
Zaur Əliyev Daşkəsən şəhərində vətəndaşları qəbul edəcək
15 April 2024 09:16
Zaur Əliyev Kürdəmir şəhərində vətəndaş qəbul edəcək
28 February 2024 16:00
Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edəcək
30 January 2024 15:00
Zaur Əliyev Neftçala rayonunda vətəndaşları qəbul edəcək
07 January 2024 12:00