04 Noyabr 2021 09:08

“Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair dövlət proqramı” üzrə sərfiyyat mallarının satınalınması üzrə keçirilən açıq tenderin qalibləri müəyyən olunub

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi tərəfindən “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair dövlət proqramı” üzrə sərfiyyat mallarının satınalınması üzrə elektron satınalma vasitəsilə keçirilən açıq tender prosedurunun qalibləri 4 iddiaçı “Araş” Firması, “Medsol” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Besan” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Paşa-K” Firması müəyyən edilmişdir.

27.09.2021-ci il tarixində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi ilə “Araş” Firması arasında 492 685.40 (dörd yüz doxsan iki min altı yüz səksən beş manat 40 qəpik) manat, “Medsol” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 117 066.74 (bir yüz on yeddi min altmış altı manat 74 qəpik) manat, “Besan” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 57 670.38 (əlli yeddi min altı yüz yetmiş manat 38 qəpik) manat və “Paşa-K” Firması arasında isə 48 874.42 (qırx səkkiz min səkkiz yüz yetmiş dörd manat 42 qəpik) manat məbləğində satınalma müqaviləsi imzalanmışdır.

Zəng sifariş et