23 Avqust 2021 15:40

“Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair dövlət proqramı”nın dərman vasitələrinin satın alınması üzrə keçirilmiş açıq tenderin qalibləri müəyyən edilib

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi tərəfindən “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair dövlət proqramı” üzrə dərman vasitələrinin satın alınması üzrə keçirilmiş açıq tender (elektron) prosedurunun qalibləri 3 iddiaçı “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Keşəli” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Yurd Pharma” Məhdud Məsuliyyətli Cəmiyyəti müəyyən edilmişdir.

10.08.2021-ci il tarixində Agentlik ilə “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 134,992.00 (bir yüz otuz dörd min doqquz yüz doxsan iki manat 00 qəpik) manat, “Keşəli” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 962,697.10 (doqquz yüz altmış iki min altı yüz doxsan yeddi manat 10 qəpik) və “Yurd Pharma” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında isə 196,582.10 (bir yüz doxsan altı min beş yüz səksən iki manat 10 qəpik) manat məbləğində satınalma müqaviləsi imzalanmışdır.

Zəng sifariş et