07 Oktyabr 2021 14:07

COVID-19 peyvəndlərinin əks-göstərişlərinə dair vebinar keçiriləcək

Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin həyata keçirdiyi “COVID-19-a qarşı vaksinasiyaya dəstək layihəsi” çərçivəsində tibb işçiləri üçün COVID-19 peyvəndlərinin əks-göstərişlərinə dair vebinar təşkil olunacaq.

Vebinarda ÜST-nin Avropa üzrə Regional Ofisinin ekspertləri istifadədə olan COVID-19 peyvəndlərinin təhlükəsizliyi və əks-göstərişləri barədə ən son məlumatları azərbaycanlı tibb işçiləri ilə paylaşacaqlar.

11 oktyabr Bakı vaxtı ilə saat 14:00-16:00-a planlaşdırılan vebinar Azərbaycan və rus dillərinə sinxron tərcümə ediləcək.

Vebinarın proqramı:

14.00-14.10: Giriş sözləri: Azərbaycan Respubliksı Səhiyyə Nazirliyi və ÜST-nin Ölkə Ofisinin nümayəndələri

14.10-15.10: COVID-19-a qarşı peyvəndlər, təhlükəsizlik və yalnış bilinən əks-göstərişlər (Prof. Dr. F. Martinón-Torres)

15.10-15.30: Fransada COVID-19-a qarşı peyvəndlərin əks-göstərişlərinə dair siyasət və təcrübə (Marine Leclercq, Prof. Etienne Gayat)

15.30-15.55: Sual-cavab və müzakirələr

15.55-16.00: Tədbirin bağlanışı

Vebinara qoşulmaq üçün keçid:

https://who.zoom.us/j/96713088169

Meeting ID: 967 1308 8169

Zəng sifariş et