17 Sentyabr 2020 17:48
“Elmi-tibbi jurnallar üçün uğurlu məqalə necə yazılmalıdır?” mövzusunda vebinar keçiriləcək
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Səhiyyədə Fövqəladə Hallar” proqramı çərçivəsində 21 sentyabr 2020-ci il tarixində elmi işlə məşğul olan tibb mütəxəssislərini uğurlu elmi məqalələrin yazılması qaydaları və tələbləri ilə tanış etmək məqsədilə vebinar keçiriləcək.
Bir çox elmi-tibbi jurnal məqalələrin dərc edilməsi üçün mürəkkəb qaydalar və tələblər müəyyən edib. Həmin meyarlara cavab verməyən məqalələrlə bağlı iradlar isə, bəzən, müəlliflərdə suallar doğurur. Lakin mütəxəssislər hesab edirlər ki, bir sıra ümumi tövsiyələrə əməl etməklə nüfuzlu elmi jurnallara göndərilən məqalələrin dərcinə nail olmaq mümkündür. Vebinarda “The Lancet Global Health” jurnalının baş redaktoru Zoe Mullan təqdimatla çıxış edəcək.
Vebinar iştirakçıları:
• tədqiqatla bağlı müvafiq və düzgün sualların qoyuluşu metodlarını öyərəncəklər;
• tədqiqatın strukturunu daha uğurlu qura biləcəklər;
• nüfuzlu elmi-tibbi jurnallar üçün uğurlu məqalənin yazılma qaydalarını öyrənəcəklər.
Tarix: 21 sentyabr 2020
Vaxt: 14:30 - 16:00
Dil: İngilis dili
Vebinara qoşulmaq üçün məlumatlar:
Keçid: https://who.zoom.us/j/96055879288
Şifrə: Lancet20#
Elanlar
Zaur Əliyev Daşkəsən şəhərində vətəndaşları qəbul edəcək
15 Aprel 2024 09:16
Zaur Əliyev Kürdəmir şəhərində vətəndaş qəbul edəcək
28 Fevral 2024 16:00
Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edəcək
30 Yanvar 2024 15:00
Zaur Əliyev Neftçala rayonunda vətəndaşları qəbul edəcək
07 Yanvar 2024 12:00
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edəcək
28 Noyabr 2023 12:30
Agentliyin İdarə Heyətinin sədri Quba rayonunda vətəndaşları qəbul edəcək
01 Noyabr 2023 17:00
Agentliyin İdarə Heyətinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edəcək
05 Oktyabr 2023 10:00
“Tibb müəssisələri üçün dərman vasitələri”nin satın alınması məqsədilə keçirilmiş tenderin qalibi müəyyən olub
05 Sentyabr 2023 10:00
Agentliyin İdarə Heyətinin sədri Sabirabad rayonunda vətəndaşları qəbul edəcək
29 Avqust 2023 23:00
Agentliyin İdarə Heyətinin sədri Qazax şəhərində vətəndaşları qəbul edəcək
31 İyul 2023 17:10