20 Oktyabr 2021 18:00

“Hepatit əleyhinə dərman vasitələri”nin satın alınması üzrə keçirilmiş açıq tenderin qalibləri müəyyən edilib

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi tərəfindən “Hepatit əleyhinə dərman vasitələri”nin satınalınması üzrə elektron satınalma vasitəsilə keçirilən açıq tender prosedurunun qalibləri 2 iddiaçı “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Yurd Pharma” Məhdud Məsuliyyətli Cəmiyyəti müəyyən edilmişdir.

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi 27.09.2021-ci il tarixində “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 385 860.00 (üç yüz səksən beş min səkkiz yüz altmış manat 00 qəpik) manat və “Yurd Pharma” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında isə 184 080.00 (bir yüz səksən dörd min səksən manat 00 qəpik) manat məbləğində satınalma müqaviləsi imzalanmışdır.

Zəng sifariş et