15 Oktyabr 2021 18:00

“Qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı”na dair dərman vasitələrinin satın alınması üzrə keçirilmiş açıq tender qalibləri müəyyən olub

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi tərəfindən “Qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı”na dair dərman vasitələrinin satın alınması  üzrə keçirilmiş açıq tender prosedurunun qalibləri 2 iddiaçı “Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti müəyyən edilmişdir.

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi ilə “Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 22.07.2021-ci il tarixində 2,885,454.30 (iki milyon səkkiz yüz səksən beş manat dörd yüz əlli dörd manat 30 qəpik) manat və  27.09.2021-ci il tarixində Agentlik ilə “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında isə 1 418 902,80 (bir milyon dörd yüz on səkkiz min doqquz yüz iki manat 80) manat məbləğində satınalma müqaviləsi imzalanmışdır.

 

Zəng sifariş et