20 Oktyabr 2021 12:37

“Rentgen və digər diaqnostik vasitələri”nin satın alınması üzrə keçirilmiş açıq tenderin qalibləri müəyyən edilib

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi tərəfindən “Rentgen və digər diaqnostik” vasitələrinin satın alınması  üzrə keçirilmiş açıq tender (elektron) prosedurunun qalibləri 3 iddiaçı “Medsol” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Araş” Firması və “Yurd Pharma” Məhdud Məsuliyyətli Cəmiyyəti müəyyən edilmişdir.

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi 05.10.2021-ci il tarixində  “Medsol” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 1 107 807.60 (bir milyon yüz yeddi min səkkiz yüz yeddi manat 60 qəpik) manat, “Araş” Firması arasında 831 900.00 (səkkiz yüz otuz bir min doqquz yüz manat 00 qəpik) manat və  “Yurd Pharma” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında isə 23 600.00 (iyirmi üç min altı yüz manat 00 qəpik) manat məbləğində satınalma müqaviləsi imzalanmışdır.

Zəng sifariş et