24 Avqust 2022 12:02

“Rentgen və digər diaqnostik vasitələri"nin satınalınması üçün elan edilmiş açıq tender üzrə sənədlərin qəbulu tarixi uzadılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən “Rentgen və digər diaqnostik vasitələri"nin  satınalınması üçün 27 iyul 2022-ci il tarixində elan edilmiş açıq tender üzrə malgöndərənlərin sorğusu əsasında "Dövlət satınalmaları haqqında" AR Qanunun 30.2-ci maddəsinə əsasən ilkin sənədlərin qəbulu tarixi 31 avqust 2022-ci il saat 10:00-dək, tender təklifləri və təkliflərin təminatı sənədlərinin qəbulu isə 08 sentyabr 2022-ci il saat 18:00-dək uzadılır. Tender üzrə təklif zərflərinin açılışı 09 sentyabr 2022-ci il tarixində saat 10:00-də keçiriləcəkdir. Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tender Komissiyası.

Zəng sifariş et