26 İyul 2021 10:08

TƏBİB- in tabeliyində olan elmi-tədqiqat institutları və mərkəzlərə 2021-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul elan edilir

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli №356s sərəncamı ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2021-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları” təsdiq edilmişdir. Qeyd edilən sərəncam əsasında TƏBİB- in tabeliyində olan elmi-tədqiqat institutları və mərkəzlərə 2021-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul elan edilir. 

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının 2021-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları.

Akad. C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu 2021-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir:

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya:

  • Kardiologiya (3218.01) - 3 (qiyabi; ödənişli əsaslarla);

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya:

  • Kardiologiya (3218.01) - 2 (1- büdcə hesabına; 1- ödənişli əsaslarla);

Elmlər doktoru proqramı üzrə dissertanturaya:

  • Kardiologiya (3218.01) - 2 (1- büdcə hesabına; 1-ödənişli əsaslarla);

Sənədlər 27 avqust 2021-ci il tarixi, saat 16:00-dək aşağıdakı ünvana təqdim edilməlidir:

Ünvan: Fətəli xan Xoyski 85, Bakı, Nərimanov, AZ1072

Telefon: (+994 12) 564-49-09, (+994 12) 564-49-72, (+994 12) 564-18-84.

e-mail ünvanı: etki@tabib.gov.az

 

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu 2021-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir:

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya:

  • Pediatriya (3220.01) 1 (əyani; büdcə hesabına);

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya:

  • Pediatriya (3220.01) 3 (büdcə hesabına).

Sənədlər 27 avqust 2021-ci il tarixi, saat 16:00-dək aşağıdakı ünvana təqdim edilməlidir:

Ünvan: Bəsti Bağırova 17, Bakı, Yasamal, AZ1065

Telefon: (+994 12) 595-30-03, (+994 12) 594-79-25, (+994 12) 596-78-05

e-mail ünvanı: etpi@tabib.gov.az

 

Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi 2021-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir:

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya:

  • Cərrahlıq (3213.01) 1 (qiyabi; ödənişli əsaslarla);
  • Anesteziologiya və reanimatologiya (3231.01) 1 (qiyabi; ödənişli əsaslarla);
  • Ürək və damar cərrahlığı (3236.01) 1 (qiyabi; ödənişli əsaslarla);

      Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya:

  • Cərrahlıq (3213.01) 1 (büdcə hesabına);

Elmlər doktoru proqramı üzrə doktoranturaya:

  • Cərrahlıq (3213.01) 1 (qiyabi; ödənişli əsaslarla);

     Elmlər doktoru proqramı üzrə dissertanturaya:

  • Şüa diaqnostikası (3225.01) 1 (büdcə hesabına);
  • Ürək və damar cərrahlığı (3236.01) 1 (büdcə hesabına).

 

Sənədlər 27 avqust 2021-ci il tarixi, saat 16:00-dək aşağıdakı ünvana təqdim edilməlidir:

Ünvan: Abbas Mirzə Şərifzadə 196, Bakı, Yasamal, AZ1122

Tel.: +994 12 432 11 86 ; +994 12 432 18 30 ; +994 12 432 00 84

e-mail ünvanı: ecm@tabib.gov.az

 

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu 2021-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir:

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya:

  • Travmatologiya və Ortopediya (3227.01) - 4 (2- əyani; büdcə hesabına; 2- qiyabi; büdcə hesabına);

Elmlər doktoru proqramı üzrə doktoranturaya:

  • Travmatologiya və Ortopediya (3227.01) - 1 (əyani; büdcə hesabına).

 

Sənədlər 27 avqust 2021-ci il tarixi, saat 16:00-dək aşağıdakı ünvana təqdim edilməlidir:

Ünvan: Abbas Səhhət 32, Bakı, Nəsimi, AZ1007

Telefon: (+994 12) 440-53-21, (+994 12) 440-11-75.

e-mail ünvanı: ettoi@tabib.gov.az

 

Elmi-Təqiqat Mamalıq və Ginekologiya İnstitutu 2021-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir:

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya:

  • Mamalıq və ginekologiya (3215.01) - 3 (əyani; büdcə hesabına);

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya:

  • Mamalıq və ginekologiya (3215.01) 2 (büdcə hesabına);
  • Elmlər doktoru proqramı üzrə doktoranturaya:
  • Mamalıq və ginekologiya (3215.01) 1 (əyani; büdcə hesabına).

 

Sənədlər 27 avqust 2021-ci il tarixi, saat 16:00-dək aşağıdakı ünvana təqdim edilməlidir:

Ünvan: Kazım Kazımzadə 118, Bakı, Yasamal, AZ1065

Telefon: (+994 12) 510-09-52, (+994 12) 510-09-51

e-mail ünvanı: etmgi@tabib.gov.az

 

Milli Hematologiya və Transfuziologiya Mərkəzi 2021-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir:

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya:

  • Hematologiya və qanköçürmə (3232.01) 1 (qiyabi; büdcə hesabına);

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya:

- Hematologiya və qanköçürmə (3232.01) - 4 (büdcə hesabına).

 

Sənədlər 27 avqust 2021-ci il tarixi, saat 16:00-dək aşağıdakı ünvana təqdim edilməlidir:

Ünvan: Mirəli Qaşqay 87, Bakı, AZ1007.

Tel.:  (012) 440 53 18

e-mail ünvanı: mhtm@tabib.gov.az

 

V.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu

2021-ci il üçün doktoranturaya və dissertanturaya qəbul elan edir:

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya:

  • Mikrobologiya (2414) - 1 (əyani; büdcə hesabına);

     Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya:

  • Mikrobologiya (2414) - 4 (büdcə hesabına).

 

Sənədlər 27 avqust 2021-ci il tarixi, saat 16:00-dək aşağıdakı ünvana təqdim edilməlidir:

Ünvan: Cəfər Cabbarlı 37, Bakı, Yasamal, AZ1065

Telefon: (+994 12) 594-73-45, (+994 12) 594-69-31, (+994 12) 440-51-27.

e-mail ünvanı: ettpi@tabib.gov.az

 

Elmi- Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu 2021-ci il üçün üçün doktorantura və dissertanturaya qəbul elan edir:

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya:

  • Mikrobiologiya (2414.01) 1 (əyani; büdcə hesabına);
  • Ftiziatriya (3228.01) 1 (qiyabi; büdcə hesabına);
  • Pulmonologiya (3235.01) 1 (qiyabi; büdcə hesabına);

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya:

  • Ftiziatriya (3228.01) 1 (büdcə hesabına);
  • Pulmonologiya (3235.01) 1 (büdcə hesabına);

Elmlər doktoru proqramı üzrə doktoranturaya:

  • Ftiziatriya (3228.01) - 1 (qiyabi; büdcə hesabına).

Sənədlər 27 avqust 2021-ci il tarixi, saat 16:00-dək aşağıdakı ünvana təqdim edilməlidir:

Ünvan: Məmmədəli Şərifli 161, Bakı, Nizami, AZ1118

Telefon: (+994 12) 421-20-73, (+994 12) 421-44-98, (+994 12) 421-21-71.

e-mail ünvanı: etaxi@tabib.gov.az

 

Elmi- tədqiqat Tibbi Bərpa Institutu 2021-ci il üçün üçün doktorantura və dissertanturaya qəbul elan edir:

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya:

  • Sinir xəstəlikləri (3223.01) - 1 (əyani; büdcə hesabına);
  • Bərpa təbabəti, idman təbabəti, müalicəvi bədən tərbiyəsi, kurortologiya və fizioterapiya (3245.01) - 1 (əyani; büdcə hesabına);

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya:

  • Daxili xəstəliklər (3205.01) - 1 (büdcə hesabına);
  • Sinir xəstəlikləri (3223.01) - 1 (büdcə hesabına);
  • Bərpa təbabəti, idman təbabəti, müalicəvi bədən tərbiyəsi, kurortologiya və fizioterapiya (3245.01) - 1 (büdcə hesabına).

 

Sənədlər 27 avqust 2021-ci il tarixi, saat 16:00-dək aşağıdakı ünvana təqdim edilməlidir.

Ünvan: Xətai 9, Bakı, Nərimanov, AZ1008

Telefon: (+994 12) 496-07-06, (+994 12) 496-07-40.

e-mail ünvanı: ettbi@tabib.gov.az

 

Qeyd: Müsabiqədə iştirak etmək istəyənlər 27 avqust 2021-ci il tarixi, saat 16:00-dək aşağıdakı sənədləri əyani şəkildə təqdim etməlidirlər:

 

Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul üçün:

  • ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
  • kadrların şəxsi-qeydiyyat vərəqi;
  • tərcümeyi-hal;
  • 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
  • iş yerindən xasiyyətnamə;
  • iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
  • çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
  • ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti.

 

Elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul üçün:

- ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

- kadrların şəxsi-qeydiyyat vərəqi;

-tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi işlərin siyahısı;

- «Fəlsəfə doktoru» və ya «Elmlər namizədi» elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

 

Dissertantlıq yolu ilə təhsil almaq üçün:

- ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə);

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);

- «Elmlər doktoru» elmi dərəcəsi iddiaçısı üçün fəlsəfə doktoru (elmlər namizədi) diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti; çap olunmuş elmi əsərlərin siyahısı (elmlər doktoru hazırlığı üzrə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

 

Zəng sifariş et