20 Oktyabr 2020 14:38

Tibb mütəxəssisləri COVID-19 infeksiyası ilə bağlı beynəlxalq simpozium və təlim kursuna dəvət olunurlar

Koreya Milli Sağlıq Sığortası və Qiymətləndirmə  Agentliyi (HIRA - Korea Health Insurance Review and Assesment Service) tərəfindən COVID-19 pandemiyası ilə əlaqədar olaraq müxtəlif ölkələrin tibb mütəxəssisləri və rəsmilərinin iştirakı ilə virtual formatda “COVID-19 – səhiyyə sisteminin gücləndirilməsi yolu ilə “yeni normal” şəraitin tənzimlənməsi” mövzusunda beynəlxalq simpozium və təlim kursu keçiriləcəkdir.

Tədbir müxtəlif ölkələrin (Almaniya, Birləşmiş Krallıq, Danimarka, Avstraliya, Sinqapur və s.) COVID-19 strategiya təcrübəsi, Səhiyyə sisteminin keyfiyyətinin artırılması yolları, Sığorta sistemi, COVID-19 zamanı IT sistem və digər pandemiyaya bağlı mövzuları əhatə edəcəkdir.

HIRA - 2007-ci ildən Koreyanın Səhiyyə və Rifah Nazirliyi nəzdində yaradılmış və Milli Sağlamlıq Sığortası (National Health İnsurance) qurumunun keyfiyyətinin qiymətləndirilməsi və nəzərdən keçirilməsinə dair məsul olan dövlət agentliyidir. Agentliyin əsas fəaliyyət istiqaməti tibbi müalicə paketlərinin hazırlanması, tibbi xidmət xərclərinin yoxlanılması və nəzərdən keçirilməsindən ibarətdir.

  • Tədbirin tarixi: 26, 27, 28 oktyabr 2020
  • Qeydiyyat tarixi: 23 oktyabr 2020-ci il tarixinədək bu linkdən qeydiyyatdan keçmək tələb olunur.
  • Tədbirin keçirilmə vaxtı: səhər saat 4:30-dan 13:00-a qədər. Canlı sessiyalara qoşula bilməyən iştirakçılar buradan məruzələri dinləyə bilərlər.
  • Tədbirin proqramı və spikerlərlə buradan tanış ola bilərsiniz.
  • Tədbirdə iştirak ödənişsizdir.
  • Tədbir ingilis dilində keçirilir.

 

Zəng sifariş et