26 İyul 2021 12:31

Uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması tədbirləri üzrə dərman vasitələrinin satınalınması üçün elan edilmiş açıq tender üzrə sənədlərin qəbulu tarixi uzadılır 

22.06.2021-ci il Dövlət satınalmalarının vahid internet portalında (https://www/etender.gov.az) və “Azərbaycan” qəzetinin 23 iyun 2021-ci il tarixli nömrəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması tədbirləri üzrə dərman vasitələrinin satınalınması üçün elan edilmiş açıq tender (elektron) İddiaçının sorğusu əsasında "Dövlət satınalmaları haqqında" AR Qanunun 30.2-ci maddəsinə əsasən ilkin sənədlərin qəbulu tarixi 15 iyul 2021-ci il saat 10:00-dək, tender təklifləri və təkliflərin təminatı sənədlərinin qəbulu isə 27 iyul 2021-ci il saat 10:00-dək uzadılır. Tender üzrə təklif zərflərinin açılışı 28 iyul 2021-ci il tarixində saat 10:00-də keçiriləcəkdir. Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tender Komissiyası.

 

Zəng sifariş et