15 April 2024 09:16
Zaur Əliyev Daşkəsən şəhərində vətəndaşları qəbul edəcək
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentliyin) İdarə Heyətinin sədri Zaur Əliyev 19 aprel 2024-cü il tarixində saat 10:00-dan başlayaraq "Daşkəsən rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsində (Ünvan: Daskəsən ş., Azər Abdullayev k. 1a) Daşkəsən və Göygöl rayon sakinlərini qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə birgə Daşkəsən və Göygöl rayon mərkəzi xəstəxanalarının Ümumi şöbələrinə müraciət etməklə, eləcə də, Agentliyin 1542 Çağrı mərkəzinə, (+994 12) 310 07 70 (daxili 2108) əlaqə nömrəsinə zəng etməklə və ya Agentliyin www.its.gov.az rəsmi saytının vətəndaşların qəbulu üçün onlayn qeydiyyat bölməsi vasitəsilə, yaxud info@its.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlardan Agentliyin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı müraciət etmələri və şəxsiyyəti təsdiq edən sənədlə birgə gəlmələri xahiş olunur. Müraciətini yazılı təqdim etmək istəyən vətəndaşların diqqətinə çatdırırıq ki, müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir.
Qəbula qeydiyyat 18 aprel 2024-cü il saat 18:00-da başa çatır. Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.
Announcement
Zaur Əliyev Göyçay şəhərində vətəndaşları qəbul edəcək
29 April 2024 15:49
Zaur Əliyev Kürdəmir şəhərində vətəndaş qəbul edəcək
28 February 2024 16:00
Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edəcək
30 January 2024 15:00
Zaur Əliyev Neftçala rayonunda vətəndaşları qəbul edəcək
07 January 2024 12:00
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edəcək
28 November 2023 12:30
Agentliyin İdarə Heyətinin sədri Quba rayonunda vətəndaşları qəbul edəcək
01 November 2023 17:00
Agentliyin İdarə Heyətinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edəcək
05 October 2023 10:00
“Tibb müəssisələri üçün dərman vasitələri”nin satın alınması məqsədilə keçirilmiş tenderin qalibi müəyyən olub
05 September 2023 10:00
Agentliyin İdarə Heyətinin sədri Sabirabad rayonunda vətəndaşları qəbul edəcək
29 August 2023 23:00
Agentliyin İdarə Heyətinin sədri Qazax şəhərində vətəndaşları qəbul edəcək
31 July 2023 17:10