Loading...

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Hesabatlılıq şöbəsinə məsləhətçi/aparıcı məsləhətçi  vakansiyası elan edir.

Haqqımızda:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik), icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri idarə edən, səhiyyə xidmətlərinin alıcısı rolunu oynayan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli, 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Təklif etdiyimiz imkanlar:

  • Gənc və peşəkar kollektivdə çalışma şansı;

  • Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;

  • Karyera inkişafı üçün yaradılan şərait;

  • Rəqabətədavamlı əmək haqqı;

  • İldə üç dəfə mükafatlandırma sistemi.

Tələb olunan səriştə və təcrübə:

  • Təhsil: Ali təhsil (maliyyə, mühasibatlıq sahələri üzrə);

  • Təcrübə: Maliyyə, mühasibatlıq istiqamətində ən azı 3 illik iş təcrübəsi;

  • Texniki biliklər:

  • MS Excel üzrə yüksək səviyyədə biliklər;

  • MS Power BI bilməsi arzuolunandır;

  • IFRS üzrə nəzəri və praktiki biliklərin olması;

  • Maliyyə hesabatları ilə işləmə bacarığı;

  • PMS sertifikatının olması;

  • ACCA F7 sertifikatı üstünlükdür;

  • Şəxsi bacarıqlar: İnduktiv və analitiki təhlil, strateji düşünmə, statistik və riyazi biliklər, problemləri həll etmə, qətiyyət, komandada işləmə, təqdimat və ünsiyyət bacarıqları;

  • Dil bilikləri: Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, yaxşı səviyyədə ingilis dili biliyi;

Vəzifə öhdəlikləri:

  • Agentliyin aylıq, rüblük və illik maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq  vaxtında hazırlanması və təqdim edilməsi;

  • Maliyyə hesabatlarının təhlil edilməsi, maliyyə əmsallarının hesablanması və müəyyən ediləcək uyğunsuzluqların aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi;

  • Kənar auditin aparılmasına dəstək və auditorlarla əlaqəli şəxs kimi çıxış edərək tələb olunan məlumatların toplanılması və təqdim edilməsi;

  • Regional bölmələrin maliyyə əməliyyatları üzrə yoxlamalarının aparılmasında iştirak və hesabatın verilməsi;

  • ERP/Mühasibatlıq sisteminin tətbiq olunması, proseslərin təkmilləşdirilməsi və idarəetmə hesabatlarının avtomatlaşdırılmasının aparılması;

  • Mühim maliyyə göstəriciləri üzrə analitik hesabatların hazırlanması və onların optimallaşdırılması üzrə təkliflərin verilməsi;

  • Rəhbərlik tərəfindən xidməti fəaliyyətlə əlaqədar verilmiş digər tapşırıqların vaxtında, dəqiqliklə və keyfiyyətli şəkildə həyata keçirilməsi;

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (bazar ertəsi – cümə);

  • İş yeri: Bakı şəhəri, Lev Tolstoy 170.

Seçim mərhələləri:

  • Müraciətlərin nəzərdən keçirilməsi

  • Praktiki tapşırıq/test mərhələsi

  • Müsahibə

  • Vakansiyaya son müraciət tarixi: 18 mart 2025;

Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!

Bakı
cv@its.gov.az
Bazar ertəsi- Cümə
09:00-18:00 (13:00-14:00 nahar)
Qeyd:
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
  • Təhlükəsizlik səbəbindən yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com domenli emaillərdən daxil olan müraciətlər qəbul olunmur.
Request a callback
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri