Loading...
/ Haqqımızda
Haqqımızda
Fəaliyyət göstəricilərimiz Məlumatlar 2024-cü ilin ilk 8 ayını əhatə edir.

+ 4 244 839

Pasiyent sayı

+ 15 971 230

Müraciət sayı

+ 54 507 356

Xidmət sayı

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.

Agentlik 15 fevral 2016-cı il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi adı altında fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə isə “İcra hakimiyyəti orqanı” hüquqi statusuna malik olan Agentlik əsasında “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs yaradılıb. Agentliyin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı ilə təsdiq edilib.

Pilot layihə

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanına əsasən Mingəçevir şəhəri və Yevlax rayonunda, 2018-ci il 16 fevral tarixli 1830 Fərmanına əsasən isə habelə Ağdaş rayonunda icbari tibbi sığorta pilot layihə şəklində 1829 tibbi xidməti əhatə edən baza zərfi əsasında həyata keçirilib. 1 aprel 2021-ci ildən icbari tibbi sığorta bütün ölkə ərazisini əhatə edir.

Agentliyin fəaliyyətinin məqsədi:

  • Əhalini icbari tibbi sığortaya cəlb etmək;
  • Xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri cəmləşdirmək;
  • Tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görmək, həmin xidmətlərə əhalinin əlçatanlığını təmin etmək;
  • Sığortaolunanların hüquqlarını və qanuni mənafelərini qorumaq;
  • İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar toplanmış vəsaitlərdən təyinatı üzrə səmərəli istifadəni və sığorta ödənişlərinin vaxtında icra olunmasını təmin etmək.
     

Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • İcbari tibbi sığorta sahəsində vahid siyasətin formalaşdırılmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;
  • Əhalinin icbari tibbi sığortalanmasını həyata keçirmək və icbari tibbi sığortanın maliyyə dayanıqlığını təmin etmək;
  • İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edilməsində əhali üçün bərabər şərtlər yaratmaq;
  • İcbari tibbi sığortanın hamı üçün əlçatan olması, əhalinin sağlamlığının qorunması məqsədi ilə tibbi xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılması istiqamətində tədbirlər görmək;
  • İcbari tibbi sığorta sahəsinin inkişafını təmin etmək.
Gələcəyə baxış
Əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etmək.
Missiya
Zamanından və məkanından asılı olmayaraq sığorta olunanların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını təmin etmək.
Dəyərlərimiz
Şəffaflıq
Fəaliyyətimizi şəffaflıq prinsipinə əsaslanaraq həyata keçirir, atdığımız hər addımda hesabatlılığı rəhbər tuturuq.
Əlçatanlıq
Vətəndaşlarımıza əlçatan olmaq, onların ehtiyaclarına həssas yanaşaraq çətinliklərini aradan qaldırılmaq və təkliflərini həyata keçirmək üçün bütün səylərimizi birləşdiririk.
Güvənlilik
Vətəndaşlarımız ilə münasibətdə sarsılmaz etimad və qarşılıqlı hörmətə əsaslanan uzunmüddətli və dayanıqlı bağ qurmağa çalışırıq.
Peşəkarlıq
Fəaliyyətimizin bütün mərhələlərində işimizə peşəkarcasına yanaşır, dəyər yaratmağı hədəfləyir və hər zaman vətəndaş və qurumun maraqlarını şəxsi maraqlardan üstün tuturuq.
Ədalətlilik
Yarandığımız gündən ətadətli davranmaq, bütün Azərbaycan Respublikası vətəndaşlarının bərabərhüquqlu olduğunu əsas götürərək fəaliyyətimizi təşkil etmək preoritetimizdir.

Beynəlxalq təcrübədən istifadə

Agentlik səhiyyə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, təcrübə mübadiləsinin aparılması, birgə layihələrin həyata keçirilməsi və digər məqsədlərlə bağlı müxtəlif təşkilatlarla əməkdaşlığa önəm verir. İkitərəfli və çoxtərəfli əməkdaşlıqlar çərçivəsində icbari tibbi sığortanın tətbiqi, tibb müəssisələrinin maddi-texniki imkanlarının yaxşılaşdırılması, tibb sahəsində çalışanların beynəlxalq təcrübəyə yiyələnməsi və digər məqsədlər ilə bağlı layihələr həyata keçirilib.

Zəng sifariş et