16 Mart 2021 17:27

Yaponiyanın Azərbaycandakı səfiri ilə Agentlikdə görüş keçirilib

16 mart 2021-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev ilə Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi arasında görüş keçirilib. Zaur Əliyev Agentliyin fəaliyyəti və icbari tibbi sığortanın ölkə üzrə tətbiqi məqsədi ilə görülən işlər haqqında səfirə məlumat verib. Z.Əliyev ölkələrimiz arasında bir çox sahələrdə olduğu kimi səhiyyə sahəsində də qarşılıqlı əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu qeyd edib. Görüşdə Azərbaycan və Yaponiya arasında səhiyyə sahəsində  mümkün əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Zəng sifariş et