14 Mart 2019 15:00
“Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvininq layihəsinin təqdimatı keçirilmişdir
14 mart 2019-cu il tarixində Avropa İttifaqının maliyyələşdirdiyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik), Fransanın sosial sahələrlə bağlı nazirliklərinin Avropa və beynəlxalq məsələlər üzrə nümayəndəliyinin, Litvanın sosial müdafiə qurumları ilə birgə icra etdiyi "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvininq layihəsinin KİV nümayəndələri üçün geniş təqdimatı keçirilmişdir.
Tədbirdə Avropa İttifaqı nümayəndəliyinin təmsilçisi Simona Qatti, layihənin benefisiar tərəfdən rəhbəri Aysel İbayeva və tvininq layihəsinin daimi müşaviri Qediminas Çerniauskas layihə haqqında məlumat vermişlər, layihə çərçivəsində görülən işlərdən və əldə olunmuş nəticələrdən danışmışlar.
Layihə çərçivəsində Fransa, Litva və Estoniyadan olan beynəlxalq ekspertlər yerli mütəxəssislərlə təcrübə mübadilələri aparmışlar, habelə Agentliyin təşkilati quruluşu və strateji vəzifələri hazırlanmış, sığortalı şəxsin statusunun təyini və sığortalı şəxslərin qeydiyyatı prosesinin müəyyənləşdirilməsi, o cümlədən tibbi sığorta haqlarına dair qanunvericiliyə və xərclərin bölüşdürülməsi siyasətlərinə aid təkliflər hazırlanmışdır. Layihə müddətində layihənin üzv dövlətlərdən olan mütəxəssisləri icbari tibbi sığortanın sınaqdan keçirilməsində Agentliyə müntəzəm olaraq dəstək göstərmişlər, həmçinin 2017-2018-ci illər ərzində İTS üzrə pilot layihənin qiymətləndirilməsi aparılmış və buna istinadən maliyyə idarəetməsinin düzgün tənzimlənməsi ilə bağlı təkliflər hazırlanmışdır.
Layihənin maliyyə idarəetmə çərçivəsi komponentinin icrası müddətində aktuarial analizlər üzrə Agentliyə dəstək göstərilmiş, Azərbaycan səhiyyə xərclərinin və dövlət səhiyyə gəlirlərinin orta müddətli proqnozu hazırlanmışdır. İnformasiya texnologiyaları çərçivəsində e-Səhiyyənin texniki quruluşu ilə bağlı nəzəri tərtibat barədə benefisiara tövsiyələr verilmiş və İT sisteminin strukturu hazırlanmışdır.
Layihə çərçivəsində xidmətlər zərfinin hazırlanması və tibbi xidmətlər üzrə satınalma müqavilələrinin bağlanması, əhalinin ehtiyacları və ölkənin səhiyyə sahəsində strateji maraqları nəzərə alınmaqla müqavilə şərtlərinin formalaşdırılması sahələrində yerli təlimçilər qrupu hazırlanmışdır.
Təqdimatlardan sonra təşkil olunmuş sual-cavab sessiyasında jurnalistləri maraqlandıran suallar layihə tərəfdaşları tərəfindən cavablandırılmış və qaranlıq məqamlara aydınlıq gətirilmişdir.
Qeyd edək ki, 2017-ci ilin avqust ayından həyata keçirilən layihə cari ilin avqustunda yekunlaşacaqdır. Layihə Avropa İttifaqı tərəfindən maliyyələşir və ümumi büdcəsi 1.1 milyon avrodur.
Xəbərlər
İlkin səhiyyə xidməti təkmilləşdirilir
24 Aprel 2024 10:15
Zaur Əliyev Daşkəsən rayonunda vətəndaşları qəbul edib
22 Aprel 2024 10:52
Böyrəyin çıxarılması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır
19 Aprel 2024 09:45
Katarakta əməliyyatı zamanı Amerika istehsalı olan linzalar icbari tibbi sığorta ilə qarşılanır
16 Aprel 2024 10:30
Agentlik tərəfindən 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib
05 Aprel 2024 17:53
İcbari tibbi sığorta ilə transfuzioloji yardım təkmilləşdirilir
01 Aprel 2024 11:56
Zaur Əliyev Kürdəmir rayonunda vətəndaşları qəbul edib
29 Mart 2024 15:00
Təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan verən yeni ambulanslar alınıb
18 Mart 2024 12:40
Qlaukomanın müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12 Mart 2024 12:23
İcbari tibbi sığorta üzrə xidmətlərin göstərildiyi Liv Bona Dea Hospitalına media-tur təşkil edilib
06 Mart 2024 17:00