07 Sentyabr 2022 11:42
Koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə 2022-ci ilin may-iyul ayları üzrə 492 min manata yaxın müddətli əlavə ödənilib
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən 2022-ci ilin may - iyul ayları üzrə yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq təxminən 448 min manata yaxın, qeyri-tibb işçilərinə isə 44 min manata yaxın müddətli əlavə ödənilib.
Tibb və qeyri-tibb tibb işçilərinə ödənilən müddətli əlavələrin məbləği aşağıdakı kimidir:
Aylar | Dövlət tibb müəssisələri üzrə | Cəmi | |
Tibb işçiləri | Qeyri-tibb işçiləri | ||
May | 237 868,70 AZN (1 107 nəfər) | 21 921,72 AZN (386 nəfər) | 259 790,42 AZN ( 1 493 nəfər) |
İyun | 82 640,16 AZN (385 nəfər) | 8 316,73 AZN (56 nəfər) | 90 956,89 AZN ( 441 nəfər) |
İyul | 127 352,85 AZN (438 nəfər) | 13 380,51 AZN (104 nəfər) | 140 733,36 AZN (542 nəfər) |
CƏMİ: | 447 861,71 AZN (1 930 nəfər) | 43 618,96 AZN (546 nəfər) | 491 480,67 AZN ( 2 476 nəfər) |
Qeyd olunmalıdır ki, dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən iyun və iyul ayları üzrə müddətli əlavələrin ödənilməsi davam edir.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 avqust 2022-ci il tarixli 275 nömrəli Qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin ödənilməsi 2022-ci il sentyabrın 1-dək uzadılıb.
Xəbərlər
Müddətli həqiqi hərbi xidmətə çağırılanların tibbi müayinəsi ilə bağlı pilot layihəyə start verilir
30 Aprel 2024 12:15
İlkin səhiyyə xidməti təkmilləşdirilir
24 Aprel 2024 10:15
Zaur Əliyev Daşkəsən rayonunda vətəndaşları qəbul edib
22 Aprel 2024 10:52
Böyrəyin çıxarılması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır
19 Aprel 2024 09:45
Katarakta əməliyyatı zamanı Amerika istehsalı olan linzalar icbari tibbi sığorta ilə qarşılanır
16 Aprel 2024 10:30
Agentlik tərəfindən 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib
05 Aprel 2024 17:53
İcbari tibbi sığorta ilə transfuzioloji yardım təkmilləşdirilir
01 Aprel 2024 11:56
Zaur Əliyev Kürdəmir rayonunda vətəndaşları qəbul edib
29 Mart 2024 15:00
Təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan verən yeni ambulanslar alınıb
18 Mart 2024 12:40
Qlaukomanın müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12 Mart 2024 12:23