30 July 2024 11:19
Agentliyin müqavilə bağladığı tibb müəssisələrinin sayı 165-ə çatdırılıb
Vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentliyin) müqavilə bağladığı tibb müəssisələrinin (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri) sayı 140-dan 165-ə qədər artırılıb.
Qeyd edək ki, müqaviləli tibb müəssisələrinin fəaliyyət göstərdikləri şəhər və rayonlar sırasında Bakı, Gəncə və Sumqayıt ilə yanaşı, Abşeron, Quba, Qusar, Xaçmaz, İsmayıllı, Şamaxı, Qəbələ, Şəki, Zaqatala, Goranboy, Şəmkir, Tovuz, Mingəçevir, Bərdə, Kürdəmir, Sabirabad, İmişli, Şirvan, Salyan, Biləsuvar, Masallı və Lənkəran da var.
Sözügedən tibb müəssisələrinin 79 %-i Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, 21%-i isə regionların payına düşür.
Bu ilin yanvar-may ayları üzrə göndəriş alan vətəndaşlara müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta ilə 71 476 tibbi xidmət göstərilib. Bu xidmətlərin 1 043-dən uşaqlar, 70 433-dən böyüklər yararlanıb. Sözügedən xidmətlər əsasən invaziv radioloji, ürək-damar, oftalmoloji, otorinolarinqoloji (LOR), neyrocərrahi ixtisasları əhatə edib.
Məlumat üçün bildirək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 3315 sayda tibbi xidmət göstərilir. Həmin tibbi xidmətlərdən vətəndaşlar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutunda istifadə edə bilərlər. Dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə Agentliyin müqavilə bağladığı tibb müəssisələrinə göndəriş verilir. Göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər ödənişsiz göstərilir.
Qeyd edək ki, tibbi xidmətlər gözləmə müddəti ərzində həyata keçirilir. İxtisaslı ambulator xidmət və instrumental diaqnostik müayinələr üçün göndəriş verildiyi tarixdən 14 gün, planlı stasionar tibbi yardım üçün 20 gündən gec olmayaraq göstərilir.
Vətəndaş göndəriş vərəqəsi olmadan müqaviləli tibb müəssisələrinə birbaşa müraciət etdikdə isə tibbi xidmətdən öz vəsaiti hesabına yararlanır.
Agentliyin müqavilə bağladığı tibb müəssisələrinin siyahısı, ünvan və əlaqə nömrələri qurumun rəsmi internet səhifəsində (https://its.gov.az/page) yerləşdirilib. Qeyd edək ki, müqaviləli tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir.
News
İcbari tibbi sığorta şişönü xəstəliklərin erkən diaqnostikasını qarşılayır
12 August 2024 09:34
Agentliyin “1542” Çağrı mərkəzi 95%-dən çox zəng cavablandırıb
07 August 2024 14:37
Gəncə şəhərində uşaqlar tibbi müayinədən keçib
29 July 2024 12:03
Din xadimləri icbari tibbi sığorta barədə maarifləndirmə kampaniyasında iştirak edirlər
26 July 2024 15:34
Abortun aparılması icbari tibbi sığorta təminatına daxildir
24 July 2024 10:10
Zaur Əliyev Şəki rayonunda vətəndaşları qəbul edib
18 July 2024 15:00
İcbari tibbi sığorta ilə prostat vəzin adenomasının əməliyyatı kəsiksiz aparılır
18 July 2024 11:26
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 July 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 July 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 July 2024 11:11