24 April 2024 10:15
İlkin səhiyyə xidməti təkmilləşdirilir
Ölkədə ilkin səhiyyə xidmətinin səmərəli təşkili, xəstəliklərin erkən mərhələdə aşkarlanması və vaxtında müalicənin aparılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Görülən işlərin davamı kimi ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə yeni layihəyə start verib. Layihənin icrası məqsədilə hər iki qurumun mütəxəssislərindən ibarət Koordinasiya qrupu yaradılıb.
Layihənin məqsədi əhaliyə əlçatan, keyfiyyətli, əhatəli və pasiyentyönümlü tibbi xidmətin göstərilməsidir. Belə ki, layihənin icrası ən ucqar nöqtələrdə belə vətəndaşların fasiləsiz tibbi xidmət almasına imkan yaradacaq. Eyni zamanda layihə ilkin səhiyyə sahəsində maliyyə resurslarından səmərəli istifadəyə və universal tibbi təminatın təşkilinə də müsbət təkan verəcək.
Layihə çərçivəsində sözügedən sahə üzrə kadr potensialının gücləndirilməsi, ilkin səhiyyə xidməti göstərən müəssisələrin əhalinin sağlamlıq ehtiyaclarına uyğun olaraq ölkə üzrə optimallaşdırılması, infrastrukturun təkmilləşdirilməsi ilə bağlı müvafiq planların hazırlanması nəzərdə tutulub.
Həmçinin ilkin səhiyyə xidmətləri çərçivəsində göstəriləcək tibbi, profilaktik, maarifləndirmə xidmətlərinin çeşidinin, keyfiyyətinin artırılması və bu sahəyə ayrılan maliyyə vəsaitlərinin xidmətlərin çeşidinə uyğun tənzimlənməsi planlaşdırılır. Eyni zamanda səhiyyə sahəsində ilkin səhiyyə xidmətlərinə, o cümlədən profilaktikaya yönəlik strateji satınalma və yeni maliyyələşmə metodlarının tətbiqi, tibb mütəxəssisləri üçün həvəsləndirici maliyyələşmə sisteminin qurulması da layihə çərçivəsində nəzərdə tutulan tədbirlərdəndir.
Qeyd edək ki, ilkin səhiyyə xidməti ilkin tibbi-sanitariya yardımının əsasını təşkil edir və xəstəliklərin qarşısının alınması, ilkin diaqnostikası, müalicəsi, tibbi reabilitasiya, hamiləliyin müşahidəsi, sağlam həyat tərzinin formalaşdırılması və əhalinin səhiyyə maarifləndirilməsi üzrə fəaliyyətləri əhatə edir. İlkin səhiyyə xidməti ailə həkimi, sahə həkimi-terapevt, sahə həkimi-pediatr və ehtiyaclara uyğun olaraq bir sıra dar ixtisaslı həkimlər, habelə müvafiq orta tibb heyəti tərəfindən həyata keçirilir.
News
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 July 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 July 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 July 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 July 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla icra olunur
01 July 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 June 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 June 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 June 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 June 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 June 2024 14:49