25 May 2021 17:03
Peyvənd və immunitet sertifikatlarının əldə edilməsi ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
“Peyvənd sertifikatı” COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunanlara (iki dozada), “İmmunitet sertifikatı” isə xəstəliyə yoluxub sağalmış şəxslərə verilir.
Sözügedən sertifikatları əldə etmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində E-xidmətlər bölməsinin “Şəxsi Kabinetə giriş” (https://kabinet.its.gov.az/az/index) altbölməsi seçilməlidir. Bu bölmə “MyGov” portalına da inteqrasiya edilmişdir.
Burada “ASAN Login” sisteminə istifadəçi FİN-i, “Asan İmza”, Elektron imza və ya BSXM (Bank Sertifikat Xidmətləri Mərkəzi) imzası ilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçdikdən sonra açılan pəncərədə “Digər xidmətlər” bölməsi seçilməlidir.
“Digər xidmətlər” bölməsi seçildikdə ekranda “Peyvənd sertifikatı” və ya “İmmunitet sertifikatı” seçimləri əks olunur.
Əgər vətəndaş vaksin olunubsa “Peyvənd sertifikatı” seçimini etməlidir. Xəstəliyə yoluxub sağalmış şəxs isə “İmmunitet sertifikatı” seçimini etməlidir.
Bu zaman təqdim olunan sertifikatları elektron formatda yükləmək, eləcə də çap versiyada əldə etmək olar. Qeyd edək ki, sertifikatların doğruluğunun sənəddə əks olunan “QR Code” vasitəsi ilə yoxlanılması da mümkündür.
Əlavə olaraq bildirək ki, sözügedən sertifikatları “E-Təbib” mobil tətbiqi vasitəsi ilə də yükləmək mümkündür.
Xəbərlər
Böyrəyin çıxarılması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır
19 Aprel 2024 09:45
Katarakta əməliyyatı zamanı Amerika istehsalı olan linzalar icbari tibbi sığorta ilə qarşılanır
16 Aprel 2024 10:30
Agentlik tərəfindən 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib
05 Aprel 2024 17:53
İcbari tibbi sığorta ilə transfuzioloji yardım təkmilləşdirilir
01 Aprel 2024 11:56
Zaur Əliyev Kürdəmir rayonunda vətəndaşları qəbul edib
29 Mart 2024 15:00
Təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan verən yeni ambulanslar alınıb
18 Mart 2024 12:40
Qlaukomanın müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12 Mart 2024 12:23
İcbari tibbi sığorta üzrə xidmətlərin göstərildiyi Liv Bona Dea Hospitalına media-tur təşkil edilib
06 Mart 2024 17:00
Vətəndaşlara özəl tibb müəssisələrini elektron qaydada seçmək imkanı verilib
05 Mart 2024 15:55
Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edib
23 Fevral 2024 17:00