03 Mart 2021 16:41
Təhsil Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə məlumatı
03 mart 2021-ci il tarixindən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ümumi təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb. İlkin olaraq yaşı 50 və daha yuxarı olan pedaqoji və texniki heyətin vaksinasiyasına start verilib.
Bu məqsədlə Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində 10 peyvənd məntəqəsi yaradılıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən peyvənd məntəqələri kompüter avadanlıqları ilə təchiz olunub və data kart vasitəsilə internetə çıxış təmin olunub.
Qeyd edək ki, koronavirus pandemiyası şəraitində normal tədris mühitinin davam etdirilməsi üçün pedaqoji və texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir.
Xəbərlər
Katarakta əməliyyatı zamanı Amerika istehsalı olan linzalar icbari tibbi sığorta ilə qarşılanır
16 Aprel 2024 10:30
Agentlik tərəfindən 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib
05 Aprel 2024 17:53
İcbari tibbi sığorta ilə transfuzioloji yardım təkmilləşdirilir
01 Aprel 2024 11:56
Zaur Əliyev Kürdəmir rayonunda vətəndaşları qəbul edib
29 Mart 2024 15:00
Təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan verən yeni ambulanslar alınıb
18 Mart 2024 12:40
Qlaukomanın müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12 Mart 2024 12:23
İcbari tibbi sığorta üzrə xidmətlərin göstərildiyi Liv Bona Dea Hospitalına media-tur təşkil edilib
06 Mart 2024 17:00
Vətəndaşlara özəl tibb müəssisələrini elektron qaydada seçmək imkanı verilib
05 Mart 2024 15:55
Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edib
23 Fevral 2024 17:00
İcbari tibbi sığorta ilə eşitmə qabiliyyətinin bərpası üçün 317 nəfər əməliyyat olunub
23 Fevral 2024 14:57