31 May 2022 12:22
Uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşəbbüsü ilə Bakı şəhərindəki uşaq sığınacaqlarında məskunlaşan uşaqlar üçün ixtisaslı həkim müayinələri təşkil olunub.
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tibbi müayinə 4 uşaq sığınacağı və 1 uşaq reabilitasiya mərkəzində 19-24 may tarixlərində keçirilib. Tibbi müayinələrin keçirilməsində əsas məqsəd valideyn himayəsindən məhrum olmuş xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlamlığı ilə bağlı problemləri erkən aşkarlamaq və ağırlaşmaların qarşısını vaxtında almaqdır.
İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi müayinələrə 1-18 yaş qruplarında olan uşaq və yeniyetmələr, həmçinin uşaq sığınacaqlarında məskunlaşan qadınlar cəlb olunub. 6 gün davam edən aksiyada 10 nəfəri qadın olmaqla ümumilikdə 168 nəfər iştirak edib. Onlara akademik C.M.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutu və 8 nömrəli Uşaq Poliklinikasının pediatr, terapevt, nevroloq, oftalmoloq, kardioloq, ümumi cərrah, otolarinqoloq və endokrinoloqdan ibarət həkim heyəti tərəfindən müayinə edilib.
Uşaqların sağlamlığının ümumi vəziyyətini dəyərləndirilməsi üçün laborator analizlər də keçirilib. Belə ki, qanın ümumi və biokimyəvi göstəricilərini, qalxanabənzər vəzinin hormonlarının, D və B12 vitaminlərinin səviyyələrini müəyyən etmək üçün qan nümunələri götürülərək laborator müayinəyə göndərilib. Müayinələr nəticəsində uşaqların 90%-də vitamin D çatışmazlığı aşkar olunub, bir neçə nəfərdə isə qalxanabənzər vəzinin hormonlarının səviyyəsi normadan artıq çıxıb. Analizlərin nəticələrinə uyğun olaraq həkim pediatrlar tərəfindən müalicə üçün təyinat verilib.
Sığınacaqlarda portativ müayinə cihazları vasitəsilə ultrasəs müayinə (USM) və exokardioqrafiya (EXO) funksional-instrumental müayinələr də aparılıb. Müayinə nəticələrinə əsasən 1 uşaqda anadangəlmə ürək qüsuru, 2 uşaqda splenomeqaliya (dalağın çəkisinin və ölçülərinin böyüməsi), 1 yeniyetmədə qoltuqaltı furunkul (irinli-nekrotik iltihab) və 1 qadında xroniki kalkulyoz xolesistit (öd daşı xəstəliyi) aşkarlanıb. Biri ürək əməliyyatı olmaqla 4 nəfərdə cərrahi əməliyyatın aparılmasına qərar verilib.
Ümumi cərrahın göstərişi əsasında 15 uşağın onurğa sütununun rentgenoqrafiyası aparılıb, müalicə məqsədi ilə təyin olunan dərman preparatları Agentlik tərəfindən sığınacağa təhvil verilib. Bundan əlavə 22 nəfər oftalmoloji, 4 nəfər nevroloji və 3 nəfər endokrinoloji stasionar müayinələrə cəlb olunub və onlar zəruri dərman preparatları ilə təmin olunublar. Ehtiyacı olan uşaqlara göz eynəkləri verilib. 1 nəfərdə qoturluq dəri xəstəliyi aşkarlanıb və o müalicə üçün Uşaq Dəri Zöhrəvi Dispanserinə yerləşdirilib.
Qeyd edək ki, sığınacaqdakı uşaqlar zəruri dərman preparatları və optik eynəklər ilə ödənişsiz təmin olunublar.
Xəbərlər
Müddətli həqiqi hərbi xidmətə çağırılanların tibbi müayinəsi ilə bağlı pilot layihəyə start verilir
30 Aprel 2024 12:15
İlkin səhiyyə xidməti təkmilləşdirilir
24 Aprel 2024 10:15
Zaur Əliyev Daşkəsən rayonunda vətəndaşları qəbul edib
22 Aprel 2024 10:52
Böyrəyin çıxarılması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır
19 Aprel 2024 09:45
Katarakta əməliyyatı zamanı Amerika istehsalı olan linzalar icbari tibbi sığorta ilə qarşılanır
16 Aprel 2024 10:30
Agentlik tərəfindən 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib
05 Aprel 2024 17:53
İcbari tibbi sığorta ilə transfuzioloji yardım təkmilləşdirilir
01 Aprel 2024 11:56
Zaur Əliyev Kürdəmir rayonunda vətəndaşları qəbul edib
29 Mart 2024 15:00
Təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan verən yeni ambulanslar alınıb
18 Mart 2024 12:40
Qlaukomanın müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12 Mart 2024 12:23