20 Dekabr 2019 09:08
TƏBİB-in tibbi ixtisaslar üzrə işçi qruplarının həkim-koordinatorları ilə iclası keçirilib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tibbi ixtisaslar üzrə işçi qruplarının həkim-koordinatorları ilə iclası keçirilib. İclası giriş sözü ilə açan Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev icbari tibbi sığortanın pilot layihə çərçivəsində üç regionda tətbiqi zamanı əldə olunan müsbət nəticələr barədə iştirakçılara məlumat verib. O ölkə üzrə icbari tibbi sığortanın mərhələli tətbiqi və bu istiqamətdə görülən tədbirlərlə bağlı danışaraq, qarşıda duran vəzifələrin tezliklə səmərəli şəkildə yerinə yetirilməsinin vacibliyini vurğulayıb. İdarə Heyətinin sədri bildirib ki, tibb müəssisələrində göstəriləcək tibbi xidmətlərin keyfiyyətini müasir tələblərə uyğunlaşdırmaq, əhalinin tibbi xidmətlərə əlçatanlığını və xidmətlərin peşəkar tibbi kadrlar tərəfindən göstərilməsini təmin etmək məqsədilə hər kəsin işlərə məsuliyyətlə yanaşması, vəzifə öhdəliklərini layiqincə yerinə yetirməsi mütləqdir.
Gündəlikdə duran məsələlərin müzakirəsini davam etdirən TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı tibbi ixtisaslar üzrə işçi qruplarının tibb müəssisələrinin idarəedilməsi və müəssisələrə nəzarət sisteminin möhkəmləndirilməsi məqsədilə yaradıldığını bildirib: “TƏBİB-in tabeliyinə verilmiş dövlət tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması və standartlaşdırılması, eləcə də ölkədə tibbi kadr potensialının gücləndirilməsi qarşıda duran əsas prioritet vəzifələrdəndir”.
Daha sonra iclasda işçi qrupların tərkibi və fəaliyyəti barədə çıxışlar olub. İclas gündəlikdəki digər məsələlərin müzakirəsi ilə davam edib.
Xəbərlər
İlkin səhiyyə xidməti təkmilləşdirilir
24 Aprel 2024 10:15
Zaur Əliyev Daşkəsən rayonunda vətəndaşları qəbul edib
22 Aprel 2024 10:52
Böyrəyin çıxarılması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır
19 Aprel 2024 09:45
Katarakta əməliyyatı zamanı Amerika istehsalı olan linzalar icbari tibbi sığorta ilə qarşılanır
16 Aprel 2024 10:30
Agentlik tərəfindən 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib
05 Aprel 2024 17:53
İcbari tibbi sığorta ilə transfuzioloji yardım təkmilləşdirilir
01 Aprel 2024 11:56
Zaur Əliyev Kürdəmir rayonunda vətəndaşları qəbul edib
29 Mart 2024 15:00
Təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan verən yeni ambulanslar alınıb
18 Mart 2024 12:40
Qlaukomanın müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12 Mart 2024 12:23
İcbari tibbi sığorta üzrə xidmətlərin göstərildiyi Liv Bona Dea Hospitalına media-tur təşkil edilib
06 Mart 2024 17:00