29 Yanvar 2020 12:28
Ümumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin koronavirus ilə bağlı əhaliyə tövsiyələri
Özünüzü və başqalarını xəstəlikdən qoruyun
• Əllərinizi yuyun
• öskürdükdən və asqırdıqdan sonra
• xəstələrə qulluq edərkən
• yemək hazırlayərkən, əvvəl və sonra
• yeməkdən əvvəl
• tualet istifadəsindən sonra
• heyvanlar və heyvan tullantıları ilə işlədikdən sonra
• Əllər vizual olaraq çirkli göründükdə onları axar su və sabun ilə yuyun
• Əlləriniz çirkli deyilsə, onları sabun və su ilə yuyun və ya spirt tərkibli təmizləyici (dezinfectant) istifadə edin
Başqalarını xəstələnmədən qoruyun
• Öskürərkən və ya asqırarkən ağız və burnunuzu dəsmal, köynəyinizin qolu və ya dirsək bükümünüzlə örtün
• İstifadə olunmuş dəsmalları qapalı zibil qutusuna atın
• Xəstələrə qayğı göstərərkən və öskürdükdən/asqırdıqdan sonra əllərinizi yuyun
Özünüzü xəstələnməkdən qoruyun
- Xəstə insanlarla (onların gözlərinə, burnuna və ya ağzına toxunmaq) və ev/ferma və ya vəhşi heyvanlarla qorunmamış təmasdan çəkinin
- Qida təhlükəsizliyini tətbiq edin
- Çiy ət və bişmiş qidalar üçün müxtəlif doğrama lövhələrindən və bıçaqlardan istifadə edin
- Əllərinizi çiy və bişmiş qidalara toxundurduqda yuyun
- Xəstə və ölü heyvanlar yeyilməməlidir
- Qida təhlükəsizliyini tətbiq edin
- Alovlanma baş verən bölgələrdə belə, ət məhsulları əsaslı/tam bişirildikdə və qida hazırlanması düzgün aparılarsa o zaman onlar etibarlı sayılır və istehlak edilə bilər
Heyvan bazarlarında alış-veriş
- Sağlam qalın!
- Heyvanlara və heyvan məhsullarına toxunduqdan sonra əlləri sabun və su ilə yuyun
- Gözlərə, burun və ya ağzınıza toxunmayın
- Xəstə heyvan və korlanmış ətlə təmasdan çəkinin
- Sahibsiz heyvanlardan, bazarda ümumi və maye tullantılardan çəkinin
Heyvan bazarlarında iş
- Heyvanlara və heyvan məhsullarına toxunduqdan dərhal sonra tez-tez əllərinizi sabun və su ilə yuyun
- Avadanlıq və iş sahəsini gündə ən azı bir dəfə dezinfeksiya edin
- Heyvanlar və heyvan məhsulları ilə işləyərkən qoruyucu xalat, əlcək və qoruyucu maska (üz qoruyucusu) geyinin
- İşdən sonra qoruyucu geyimləri çıxarın, yuyun və iş yerində saxlayın
- Ailə üzvlərini çirklənmiş geyim və ayaqqabı təsirinə məruz qoymaqdan çəkinin
Koronavirus infeksiyası riskini azaldın
- Əllərinizi sabun və su ilə yuyun, spirt tərkibli təmizləyici ilə yuyun
- Öskürərkən/asqırarkən ağız və burnunuzu dəsmal, və ya dirsək bükümünüzlə bağlayın
- Ət məhsullarını və yumurtanı tam bişirin
- Canlı vəhşi və ferma heyvanlarla birbaşa təmasdan çəkinin
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı
Xəbərlər
Böyrəyin çıxarılması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır
19 Aprel 2024 09:45
Katarakta əməliyyatı zamanı Amerika istehsalı olan linzalar icbari tibbi sığorta ilə qarşılanır
16 Aprel 2024 10:30
Agentlik tərəfindən 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib
05 Aprel 2024 17:53
İcbari tibbi sığorta ilə transfuzioloji yardım təkmilləşdirilir
01 Aprel 2024 11:56
Zaur Əliyev Kürdəmir rayonunda vətəndaşları qəbul edib
29 Mart 2024 15:00
Təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan verən yeni ambulanslar alınıb
18 Mart 2024 12:40
Qlaukomanın müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12 Mart 2024 12:23
İcbari tibbi sığorta üzrə xidmətlərin göstərildiyi Liv Bona Dea Hospitalına media-tur təşkil edilib
06 Mart 2024 17:00
Vətəndaşlara özəl tibb müəssisələrini elektron qaydada seçmək imkanı verilib
05 Mart 2024 15:55
Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edib
23 Fevral 2024 17:00