22 Fevral 2023 12:20

Agentlik QHT-ləri əhalinin icbari tibbi sığorta barədə maarifləndirilməsində fəal iştiraka çağırır

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-ləri “2023-cü il kiçik qrant müsabiqəsi”ndə iştirak etməyə dəvət edir. Builki müsabiqəyə 7 istiqamət üzrə layihələr qəbul edilir. Qrant müsabiqəsində əhalinin sağlamlığının qorunması ilə bağlı “İcbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi” mövzusu da yer alıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova QHT-ləri əhalinin icbari tibbi sığorta barədə maarifləndirilməsində yaxından iştirak etməyə dəvət edib. O bildirib ki, sözügedən mövzuda müsabiqədə iştirak edəcək QHT-lərə əhalinin əksər qruplarını əhatə edə bilmək üçün daha çox regionlarda maarifləndirmə tədbirlərinin keçirilməsi, müxtəlif açıq və qapalı məkanlarda maarifləndirici video/audioçarxların yayımını təşkil etmək, maarifləndirici materialların ünvanlı çatdırılmasını təmin etmək və digər bu kimi istiqamətlərdə tədbirlərin görülməsi tövsiyə olunur.

İcbari tibbi sığorta haqqında maarifləndirmə dedikdə, sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə qaydası, Xidmətlər Zərfi, dövlət və özəl tibb müəssisələrinin sığortada iştirakı və digər bu istiqamətli mövzuların əhaliyə çatdırılması nəzərdə tutulur.

Bir layihə üçün ayrılması nəzərdə tutulan maksimal məbləğ 15 000 (on beş min) manatdır.

Layihələr 15 noyabr 2023-cü il tarixinə kimi yekunlaşmaqla 6 aya qədər olan müddəti əhatə edə bilər.

Müsabiqənin prosedur qaydaları:

Müsabiqə üzrə ərizələrin qəbulu 16 fevral 2023-cü il tarixindən 10 mart 2023-cü il saat 18:00-a kimi elektron qaydada həyata keçirilir.

 

Müsabiqə ilə bağlı ətraflı məlumatı buradan əldə etmək olar.

 

Zəng sifariş et