29 Mart 2020 10:53

“Təmiz əllər” kampaniyası davam edir

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı tərəfindən start verilən “Təmiz əllər” kampaniyası davam edir. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarpdan estafeti qəbul edən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak kampaniyada iştirak edib və estafeti BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassettiyə ötürüb. 

Daha sonra Alessandro Frakassettidən estafeti qəbul edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev kampaniyada iştirak edib və estafeti Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Naqviyə ötürüb. 

Kampaniyanın məqsədi əlləri mütəmadi olaraq düzgün qaydada sabunla yumaq və diqqəti koronavirusla mübarizəyə yönəltməkdir.
 

Zəng sifariş et