26 Yanvar 2022 15:00
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə Məlumatı
Son günlərdə qeydə alınan statistik göstəricilərə əsasən, koronavirusun yeni ştamına yoluxanların sayında artım müşahidə olunur. “Omicron” ştamının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlarımızdan səhiyyə qurumlarımız tərəfindən müəyyən olunmuş virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələri xahiş olunur.
Özünüzdə koronavirusun əlamətlərini hiss edirsinizsə ilk növbədə ərazi üzrə poliklinikaya, ailə həkiminizə (sahə həkimi-pediatrı, sahə həkimi-terapevti) müraciət edin. Ailə həkiminiz sizin sağlamlıq vəziyyətinizi dəyərləndirdikdən sonra ehtiyac olarsa COVID-19 (PZR) testinin götürülməsi üçün yaşadığınız ünvana tibb işçisini yönləndirir.
COVID-19-a yoluxduğunuz təsdiqləndiyi halda, xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirirsinizsə xəstəliyin ailənizə və ya ətrafdakılara yoluxmaması üçün evdə müalicə və təcrid olunma qaydalarına riayət etməyiniz tövsiyə olunur:
• Özünüzü ailə üzvlərinizdən mümkün qədər təcrid edin;
• Maska taxın;
• Tez-tez əllərinizi yuyun və ya antiseptik vasitələrdən istifadə edin;
• Təcrid olduğunuz yeri tez-tez havalandırın;
• Ortaq istifadə olunan sahələri mütəmadi dezinfeksiya edin;
• Gün ərzində 2 dəfə bədən hərarətinizi ölçün;
• Bol maye qəbul edin;
• Yuxu rejiminə riayət edin (gün ərzində ən az 7 saat dərin və rahat yuxu);
• Hərarət yüksəldiyi zaman (38℃ və daha yuxarı) qızdırmasalıcı dərmanlardan istifadə edə bilərsiniz;
• 5 gündən çox müddətdə idarə olunmayan yüksək hərarət (>38.5℃, hərarət salıcı dərmanlara tabe olmayan) sizi narahat edərsə, ailə həkiminə məlumat verin;
• Həkim təyinatı olmadan heç bir müalicəni qəbul etməyin;
• Tibb bacıları və kiçik tibb işçiləri tərəfindən tövsiyə olunan mayelərdən (sistem), dərmanlar və digər müalicə metodlarından çəkinin;
• Ehtiyac yarandığı təqdirdə vitaminlər (Vitamin C və D), ağrıkəsicilər, hərarətsalıcılar, öskürək əleyhinə və digər simptomatik müalicələr qəbul edə bilərsiniz.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2022-ci il tarixli 28 nömrəli Qərarına əsasən SARS-CoV-2 PZR test nəticəsi “müsbət” olan şəxslərin və onların müəyyən olunmuş “sıx təmaslı”larının təcrid (karantin) müddəti ölkəmizdə 14 gündən 7 günə azaldılıb.
COVID-19 xəstəliyini keçirmiş, bununla bağlı PZR testinin nəticəsi pozitiv çıxmış və rəsmi qeydiyyata düşmüş şəxslər 7 gündən sonra “İmmunitet sertifikatı” əldə edə bilərlər. Sertifikatın qüvvədə olma müddəti 6 aydır. Bu müddət bitəndən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda sertifikatın qüvvədə olması müddətsiz olaraq uzadılır.
Xəbərlər
Təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan verən yeni ambulanslar alınıb
18 Mart 2024 12:40
Qlaukomanın müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12 Mart 2024 12:23
İcbari tibbi sığorta üzrə xidmətlərin göstərildiyi Liv Bona Dea Hospitalına media-tur təşkil edilib
06 Mart 2024 17:00
Vətəndaşlara özəl tibb müəssisələrini elektron qaydada seçmək imkanı verilib
05 Mart 2024 15:55
Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edib
23 Fevral 2024 17:00
İcbari tibbi sığorta ilə eşitmə qabiliyyətinin bərpası üçün 317 nəfər əməliyyat olunub
23 Fevral 2024 14:57
“1542” Çağrı mərkəzinə daxil olan zənglərin 93%-dən çoxu cavablandırılıb
22 Fevral 2024 14:34
Böyrək daşlarının kəsiksiz xaric edilməsi icbari tibbi sığortaya daxildir
20 Fevral 2024 10:45
Agentlik Kommunikasiya Strategiyasını uğurla icra edib
14 Fevral 2024 14:44
Ötən il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 11 771 vətəndaş müraciəti daxil olub
09 Fevral 2024 11:17