26 Avqust 2019 11:50

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatı

24 avqust 2019-cu il tarixində axşam saatlarında Ağdaş Rayon Mərkəzi Xəstəxanası PHŞ-in Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə “Qida zəhərlənməsi” diaqnozu ilə bir nəfər körpə, 6 nəfər azyaşlı uşaq və 3 nəfər böyük olmaqla, ümumilikdə 10 nəfər şəxs daxil olub. Məlum olub ki, onların hamısı Cardam kəndində təşkil olunmuş sünnət toyunda iştirak ediblər.

Zəhərlənən şəxslərə müvafiq tibbi xidmət göstərilib, 2 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilərək evə buraxılıb. Digər 8 nəfərin vəziyyətini nəzarətdə saxlamaq məqsədi ilə gecəni xəstəxanada keçirmələri məqsədəuyğun hesab edilib. 25 avqust, 2019-cu il tarixində onlar sağalma ilə evə buraxılıblar.

Faktla bağlı Rayon Prokurorluğuna və Rayon Polis İdarəsinə məlumat təqdim olunub.

Zəng sifariş et