24 August 2020 17:34
Tibb işçiləri üçün COVID-19-la bağlı beynəlxalq təcrübəyə əsaslanan video formatında təlim proqramı
14-27 iyul 2020-ci il tarixlərində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) və Yönse Universiteti tərəfindən “Tibb mütəxəssislərinin infeksion xəstəliklər üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi: COVID-19 test dəstinin istifadəsi” mövzusunda təşkil olunan təlim kursu başa çatıb. Təlimə Azərbaycandan qatılan 7 nəfər (6 həkim və 1 tibb bacısı) sertifikatla təltif edilib.
Onlayn təlim COVID-19 test dəstinin düzgün və təhlükəsiz istifadəsilə bağlı tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsinə yönəlib. 8 moduldan ibarət təlim 10 videoçarx vasitəsilə ingilis dilində subtitrla təqdim olunub.
Proqramda COVID-19-la bağlı infeksiyaya nəzarət, diaqnostik testlər və müalicə üsulları kimi mövzularla bağlı Koreya təcrübəsinə dair geniş məlumatlar yer alıb.
Təlimin videoçarxları ilə ilin sonunadək Facebook və Youtube platformalarında tanış olmaq mümkündür. Modullardan istifadə ödənişsizdir.
Təlimin proqramı |
Modul 1: Giriş |
Modul 2: COVID-19: infeksiyaya nəzarət |
Modul 3: Pasiyentə qulluq sistemi |
Modul 4: Təcili yardım şöbəsinin idarə olunması |
Modul 5: Nümunələrin toplanması və nəqli |
Modul 6: Diaqnostik test |
Modul 7: Müalicə |
Announcement
Gəncə şəhərində uzman həkimlərin uşaqlar üçün səyyar qəbulu keçiriləcək
15 July 2024 11:15
Zaur Əliyev Şəki rayonunda vətəndaşları qəbul edəcək
04 July 2024 16:15
Zaur Əliyev Goranboy rayonunda vətəndaşları qəbul edəcək
07 June 2024 09:00
Zaur Əliyev Göyçay şəhərində vətəndaşları qəbul edəcək
29 April 2024 15:49
Zaur Əliyev Daşkəsən şəhərində vətəndaşları qəbul edəcək
15 April 2024 09:16
Zaur Əliyev Kürdəmir şəhərində vətəndaş qəbul edəcək
28 February 2024 16:00
Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edəcək
30 January 2024 15:00
Zaur Əliyev Neftçala rayonunda vətəndaşları qəbul edəcək
07 January 2024 12:00
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edəcək
28 November 2023 12:30
Agentliyin İdarə Heyətinin sədri Quba rayonunda vətəndaşları qəbul edəcək
01 November 2023 17:00