24 Avqust 2020 17:34

Tibb işçiləri üçün COVID-19-la bağlı beynəlxalq təcrübəyə əsaslanan video formatında təlim proqramı

14-27 iyul 2020-ci il tarixlərində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) və Yönse Universiteti tərəfindən “Tibb mütəxəssislərinin infeksion xəstəliklər üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi: COVID-19 test dəstinin istifadəsi” mövzusunda təşkil olunan təlim kursu başa çatıb. Təlimə Azərbaycandan qatılan 7 nəfər (6 həkim və 1 tibb bacısı) sertifikatla təltif edilib. 

Onlayn təlim COVID-19 test dəstinin düzgün və təhlükəsiz istifadəsilə bağlı tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsinə yönəlib. 8 moduldan ibarət təlim 10 videoçarx vasitəsilə ingilis dilində subtitrla təqdim olunub. 

Proqramda COVID-19-la bağlı infeksiyaya nəzarət, diaqnostik testlər və müalicə üsulları kimi mövzularla bağlı Koreya təcrübəsinə dair geniş məlumatlar yer alıb.

Təlimin videoçarxları ilə ilin sonunadək Facebook və  Youtube platformalarında  tanış olmaq mümkündür.  Modullardan istifadə ödənişsizdir. 

 

Təlimin proqramı

Modul 1: Giriş

Modul 2: COVID-19: infeksiyaya nəzarət

Modul 3: Pasiyentə qulluq sistemi

Modul 4: Təcili yardım şöbəsinin idarə olunması

Modul 5: Nümunələrin toplanması və nəqli

Modul 6: Diaqnostik test

Modul 7: Müalicə

Zəng sifariş et