Şəki filialı Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ və Şəki inzibati ərazi vahidlərini əhatə edir.
Bu ərazilərdə 270 dövlət tibb müəssisəsi fəaliyyət göstərir. Onlardan 1-i poliklinika, 25-i stasionar, 244-ü isə ilkin səhiyyə xidməti üzrə tibbi xidmət göstərən tibb müəssisələridir. Xəstəxanalar üzrə çarpayıların ümumi sayı 1645 ədəd təşkil edir. Tibb müəssisələrində ümumilikdə 954 həkim, 3288 orta tibb işçisi çalışır. 6 inzibati ərazi vahidində ümumilikdə 626,700 vətəndaş qeydiyyatdadır.
Filial rəhbəri
Laçın İbrahimxəlilov
Ağcabədi filialı Ağdam, Ağcabədi, Beyləqan, Füzuli, Laçın və Xocavənd inzibati ərazi vahidlərini əhatə edir.
Bu ərazilərdə 191 dövlət tibb müəssisəsi fəaliyyət göstərir. Onlardan 4-ü poliklina, 48-i stasionar, 139-u isə ilkin səhiyyə xidməti üzrə tibbi xidmət göstərən tibb müəssisələridir. Xəstəxanalar üzrə çarpayıların ümumi sayı 2036 ədəd təşkil edir. Tibb müəssisələrində ümumilikdə 484 həkim, 1809 sayda orta tibb işçisi çalışır. 6 inzibati ərazi vahidində ümumilikdə 696,800 vətəndaş qeydiyyatdadır.
Filial rəhbəri
Pərviz Əliyev
Şirvan filialı Şirvan, Hacıqabul, Sabirabad, Saatlı və İmişli inzibati ərazi vahidlərini əhatə edir.
Bu ərazilərdə 197 dövlət tibb müəssisəsi fəaliyyət göstərir. Onlardan 1-i poliklinika, 26-sı stasionar, 170-i isə ilkin səhiyyə xidməti üzrə tibbi xidmət göstərən tibb müəssisələridir. Xəstəxanalar üzrə çarpayıların ümumi sayı 1320 ədəd təşkil edir. Tibb müəssisələrində ümumilikdə 531 həkim, 1650 orta tibb işçisi çalışır. 5 inzibati ərazi vahidində ümumilikdə 583,300 vətəndaş qeydiyyatdadır.
Filial rəhbəri
Ramin Hacıyev
Göyçay filialı Ucar, Zərdab, Kürdəmir və Göyçay inzibati ərazi vahidlərini əhatə edir.
Bu ərazilərdə 160 dövlət tibb müəssisəsi fəaliyyət göstərir. Onlardan 15-i stasionar, 145-i isə ilkin səhiyyə xidməti üzrə tibbi xidmət göstərən tibb müəssisələridir. Xəstəxanalar üzrə çarpayıların ümumi sayı 899 ədəd təşkil edir. Tibb müəssisələrində ümumilikdə 394 həkim, 1427 orta tibb işçisi çalışır. 4 inzibati ərazi vahidində ümumilikdə 388,400 vətəndaş qeydiyyatdadır.
Filial rəhbəri
Filial rəhbəri: Tale Şükürov
Cəlilabad filialı Salyan, Biləsuvar, Cəlilabad, Neftçala və Cəbrayıl inzibati ərazi vahidlərini əhatə edir.
Bu ərazilərdə 180 dövlət tibb müəssisəsi fəaliyyət göstərir. Onlardan 1-i poliklinika, 20-si stasionar, 159-u isə ilkin səhiyyə xidməti üzrə tibbi xidmət göstərən tibb müəssisələridir. Xəstəxanalar üzrə çarpayıların ümumi sayı 1076 ədəd təşkil edir. Tibb müəssisələrində ümumilikdə 617 həkim, 1987 orta tibb işçisi çalışır. 5 inzibati ərazi vahidində ümumilikdə 640,900 vətəndaş qeydiyyatdadır.
Filial rəhbəri
İlqar Qurbanov
Mingəçevir filialı Mingəçevir, Yevlax, Ağdaş, Bərdə və Tərtər inzibati ərazi vahidlərini əhatə edir.
Bu ərazilərdə 247 dövlət tibb müəssisəsi fəaliyyət göstərir. Onlardan 5-i poliklinika, 29-u stasionar, 213-ü isə ilkin səhiyyə xidməti üzrə tibbi xidmət göstərən tibb müəssisələridir. Xəstəxanalar üzrə çarpayıların ümumi sayı 1373 ədəd təşkil edir. Tibb müəssisələrində ümumilikdə 1001 həkim, 3061 orta tibb işçisi çalışır. 5 inzibati ərazi vahidində ümumilikdə 609.100 vətəndaş qeydiyyatdadır.
Filial rəhbəri
Adil Həsənov
Şamaxı filialı Şamaxı, Ağsu, İsmayıllı və Qobustan inzibati ərazi vahidlərini əhatə edir.
Bu ərazilərdə 138 dövlət tibb müəssisəsi fəaliyyət göstərir. Onlardan 2-si poliklinika, 11-i stasionar, 125-i isə ilkin səhiyyə xidməti üzrə tibbi xidmət göstərən tibb müəssisələridir. Xəstəxanalar üzrə çarpayıların ümumi sayı 656 ədəd təşkil edir. Tibb müəssisələrində ümumilikdə 305 həkim, 936 orta tibb işçisi çalışır. 4 inzibati ərazi vahidində ümumilikdə 322,200 vətəndaş qeydiyyatdadır.
Filial rəhbəri
Elşən Rəcəbov
Gəncə filialı Gəncə, Naftalan, Samux, Goranboy, Göygöl, Daşkəsən, Xocalı və Kəlbəcər inzibati ərazi vahidlərini əhatə edir.
Bu ərazilərdə 204 dövlət tibb müəssisəsi fəaliyyət göstərir. Onlardan 13-ü poliklinika, 30-u stasionar, 161-i isə ilkin səhiyyə xidməti üzrə tibbi xidmət göstərən tibb müəssisələridir. Xəstəxanalar üzrə çarpayıların ümumi sayı 2096 ədəd təşkil edir. Tibb müəssisələrində ümumilikdə 1050 həkim, 2655 orta tibb işçisi çalışır. 8 inzibati ərazi vahidində ümumilikdə 732,500 vətəndaş qeydiyyatdadır.
Filial rəhbəri
Kamal Həsənov
Lənkəran filialı Masallı, Yardımlı, Lerik, Astara və Lənkəran inzibati ərazi vahidlərini əhatə edir.
Bu ərazilərdə 300 dövlət tibb müəssisəsi fəaliyyət göstərir. Onlardan 2-si poliklinika, 31-i stasionar, 267-si isə ilkin səhiyyə xidməti üzrə tibbi xidmət göstərən tibb müəssisələridir. Xəstəxanalar üzrə çarpayıların ümumi sayı 1406 ədəd təşkil edir. Tibb müəssisələrində ümumilikdə 727 həkim, 2086 orta tibb işçisi çalışır. 5 inzibati ərazi vahidində ümumilikdə 721,400 vətəndaş qeydiyyatdadır.
Filial rəhbəri
Sadiq Dadaşov
Quba filialı Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən inzibati ərazi vahidlərini əhatə edir.
Bu ərazilərdə 302 dövlət tibb müəssisəsi fəaliyyət göstərir. Onlardan 2-si poliklinika, 17-si stasionar, 283-ü isə ilkin səhiyyə xidməti üzrə tibbi xidmət göstərən tibb müəssisələridir. Xəstəxanalar üzrə çarpayıların ümumi sayı 1234 ədəd təşkil edir. Tibb müəssisələrində ümumilikdə 609 həkim, 1647 orta tibb işçisi çalışır. 5 inzibati ərazi vahidində ümumilikdə 554,700 vətəndaş qeydiyyatdadır.
Filial rəhbəri
Filial rəhbəri: İsa Məmmədov
Şəmkir filialı Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy inzibati ərazi vahidlərini əhatə edir.
Bu ərazilərdə 260 dövlət tibb müəssisəsi fəaliyyət göstərir. Onlardan 1-i poliklinika, 36-sı stasionar, 223-ü isə ilkin səhiyyə xidməti üzrə tibbi xidmət göstərən tibb müəssisələridir. Xəstəxanalar üzrə çarpayıların ümumi sayı 1727 ədəd təşkil edir. Tibb müəssisələrində ümumilikdə 974 həkim, 3167 orta tibb işçisi çalışır. 5 inzibati ərazi vahidində ümumilikdə 684,500 vətəndaş qeydiyyatdadır.