08 Dekabr 2021 18:00

“Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" üzrə neonatal genetik skrininq prosessoru üçün reaktiv və sərfiyyat mallarının satın alınması üzrə açıq tenderin qalibi müəyyən olunub

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi tərəfindən “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" üzrə neonatal genetik skrininq prosessoru üçün reaktiv və sərfiyyat mallarının satın alınması üzrə elektron satınalma vasitəsilə keçirilən açıq tender prosedurunun qalibi "Albatros Heltkeyr" Məhdud Məsuliyyətli Cəmiyyəti müəyyən edilmişdir. “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi ilə "Albatros Heltkeyr" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 29.11.2021-ci il tarixində ƏDV də daxil olmaqla ümumilikdə  3 765 470.86 (üç milyon yeddi yüz altmış beş min dörd yüz yetmiş manat 86 qəpik) manat məbləğində satınalma müqaviləsi imzalanmışdır.

Zəng sifariş et