28 Oktyabr 2022 15:01

Agentliyin İdarə Heyətinin sədri Ağcabədi rayonunda vətəndaşları qəbul edəcək

Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev 18 noyabr 2022-ci il tarixində Ağcabədi, Ağdam və Laçın rayon sakinlərini qəbul edəcək.

Qəbul Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsi 104 ünvanında yerləşən Ağcabədi rayon Mərkəzi Xəstəxanasında saat 10:00-da başlayacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə birgə Ağcabədi, Ağdam və Laçın rayon mərkəzi xəstəxanalarının Ümumi şöbələrinə müraciət etməklə, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 Çağrı mərkəzinə, (+994 12) 310 07 70 (daxili 2117) əlaqə nömrəsinə zəng etməklə və ya Agentliyin www.its.gov.az rəsmi saytının vətəndaşların qəbulu üçün onlayn qeydiyyat bölməsi vasitəsilə, yaxud info@its.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan Agentliyin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı müraciət etmələri və şəxsiyyəti təsdiq edən sənədlə birgə gəlmələri xahiş olunur. Müraciətini yazılı təqdim etmək istəyən vətəndaşların diqqətinə çatdırırıq ki, müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər. 

Qəbula qeydiyyat 17 noyabr 2022-ci ilsaat 18:00-da başa çatır.

Zəng sifariş et