18 Avqust 2022 09:26

Agentliyin inzibati binası üçün təmizlik işlərinin satınalınması məqsədilə keçirilmiş açıq tenderin qalibi müəyyən olub

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi tərəfindən Agentliyin inzibati binası üçün təmizlik işlərinin satınalınması məqsədilə açıq tender metodu tətbiq edilməklə keçirilmiş elektron satınalma prosedurunun qalibi “Şeh” Məhdud Məsuliyyətli Cəmiyyəti müəyyən edilmişdir. “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi ilə “Şeh” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 11.08.2022-ci il tarixində müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Zəng sifariş et