17 Avqust 2022 10:38

“Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair dövlət proqramı” üzrə tibbi sərfiyyat mallarının satınalınması üçün keçirilmiş açıq tenderin qalibləri müəyyən olub

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi tərəfindən 22 noyabr 2021-ci il tarixdə elan edilmiş “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair dövlət proqramı” üzrə tibbi sərfiyyat mallarının satınalınmasına dair keçirilmiş açıq elektron tenderin qalibləri Tender Komissiyasının qərarına əsasən hər bir mal vahidi üzrə qiymət səmərəliliyi nəzərə alınmaqla “Besan” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Arash Medical Company” Qapalı Səhmdar Cəmiyyəti və “Solamedical” Məhdud Məsuliyyətli Cəmiyyəti müəyyən olmuşdur. 10 avqust 2022-ci il tarixində hər 3 (üç) müəssisə ilə satınalma müqaviləsi bağlanılmışdır.

Zəng sifariş et