31 Mart 2020 16:58
Əhalinin sağlamlığının təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı Metropolitenində qatarların hərəkəti dayandırılır
Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısının alınması üzrə tibbi-profilaktik tədbirlər davam etdirilir. Buna baxmayaraq ölkə ərazisində infeksiyanın sürətlə yayılması müşahidə olunmaqdadır.
İctimai nəqliyyatda müvafiq dezinfeksiya və digər qabaqlayıcı tədbirlər görülsə də, təbii havalandırma şəraiti olmadığından qapalı məkan kimi metro hazırda virusun yayılmasına əlverişli şərait yaradır. Eyni zamanda Bakı metropolitenində sərnişinlər arasında sıxlıq və karantin rejimi tələblərinə əməl edilmədiyi də müşahidə olunmaqdadır.
Əhalinin sağlamlığının təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı Metropolitenində qatarların hərəkəti 31 mart 2020-ci il saat 22:00-dan 20 aprel 2020-ci il tarixinədək dayandırılır.
Bakı şəhərində sərnişindaşımaları müntəzəm və ekspres xətt avtobusları ilə həyata keçiriləcək.
Həm müntəzəm, həm də ekspres marşrut xətləri üzrə avtobuslararası interval sərnişin axınına uyğun tənzimlənəcək. Eyni zamanda, mümkün sərnişin sıxlığının qarşısını almaq məqsədi ilə eskpres xətlər üzrə ehtiyat avtobuslar buraxılıb.
Bir daha vətəndaşları ciddi zərurət olmadığı halda evdən çıxmamağa, ictimai nəqliyyatda insanlar arasında ara məsafəsini gözləməyə, xüsusi karantin rejimi qaydalarına əməl etməyə çağırırıq.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
04 Mart 2024 16:40
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
02 Fevral 2024 16:30
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
31 Dekabr 2023 16:30
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
10 Dekabr 2023 16:40
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
03 Dekabr 2023 16:30
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
26 Noyabr 2023 16:30
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
19 Noyabr 2023 16:30
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
12 Noyabr 2023 16:30
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
05 Noyabr 2023 16:30
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
23 Oktyabr 2023 16:30