11 Avqust 2021 11:17

“İmtiyazlı qrupa daxil olan xəstələrin təminatı üçün dərman vasitələri”nin satınalınması üzrə keçirilmiş açıq tenderin qalibləri müəyyən edilib

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi tərəfindən “İmtiyazlı qrupa daxil olan xəstələrin təminatı üçün dərman vasitələri”nin satınalınması üzrə keçirilmiş açıq tender prosedurunun qalibləri 3 iddiaçı “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti və “Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti müəyyən edilmişdir. 02.08.2021-ci il tarixində Agentlik ilə “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 1 051 911.00 (bir milyon əlli bir min doqquz yüz on bir manat 00 qəpik) manat, “Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti arasında 1 283 625.83 (bir milyon iki yüz səksən üç min altı yüz iyirmi beş manat 83 qəpik) manat və “Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında isə 1 579 588.12 (bir milyon beş yüz yetmiş doqquz min beş yüz səksən səkkiz manat 12 qəpik) manat məbləğində satınalma müqaviləsi imzalanmışdır.

Zəng sifariş et