06 Мая 2019 11:45
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında həkimlər üçün tədris kursu təşkil olunacaq
2019-cu ilin iyun ayının 10-da “Azəri Toksikoloqlarının Dərnəyi” Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası ilə birgə Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Kəskin zəhərlənmələrin diaqnostikasına və müalicəsinə dair müasir yanaşmalar" mövzusunda regional tədris kursu keçirəcəkdir.
Tədris kursu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən təsdiqlənmişdir. Kursu müvəffəqiyyətlə bitirmiş mütəxəssislər Davamlı Tibbi Təhsil Proqramı üzrə 7 kredit balı qazanacaqlar. Tədris kursu ödənişsizdir.
Kurs aşağıdakı ixtisaslar üzrə mütəxəssislər üçün nəzərdə tutulmuşdur:
- Həkim anestezioloq-reanimatoloq
- Həkim-toksikoloq
- Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim
- Ailə həkimi; Həkim-terapevt / Sahə həkimi-terapevt
- Həkim-pediatr / Sahə həkimi-pediatr
- Həkim allerqoloq
- Həkim narkoloq / Həkim-psixiatr
Qeydiyyat üçün son tarix 31 may 2019-cu ildir. Qeydiyyat zamanı şəxsiyyət vəsiqəsinin surətini və CV (tərcümeyi-hal) təqdim etmək lazımdır. Yerlərin sayı məhduddur.
Qeydiyyat üçün e-mail: efendiyevi@gmail.com
Əlavə məlumat üçün telefon: (050) 214-90-18
Tədris kursunun proqramı ilə aşağıda tanış ola bilərsiniz:
Объявления
Gəncə şəhərində uzman həkimlərin uşaqlar üçün səyyar qəbulu keçiriləcək
15 Июля 2024 11:15
Zaur Əliyev Şəki rayonunda vətəndaşları qəbul edəcək
04 Июля 2024 16:15
Zaur Əliyev Goranboy rayonunda vətəndaşları qəbul edəcək
07 Июня 2024 09:00
Zaur Əliyev Göyçay şəhərində vətəndaşları qəbul edəcək
29 Апреля 2024 15:49
Zaur Əliyev Daşkəsən şəhərində vətəndaşları qəbul edəcək
15 Апреля 2024 09:16
Zaur Əliyev Kürdəmir şəhərində vətəndaş qəbul edəcək
28 Февраля 2024 16:00
Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edəcək
30 Января 2024 15:00
Zaur Əliyev Neftçala rayonunda vətəndaşları qəbul edəcək
07 Января 2024 12:00
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edəcək
28 Ноября 2023 12:30
Agentliyin İdarə Heyətinin sədri Quba rayonunda vətəndaşları qəbul edəcək
01 Ноября 2023 17:00