26 İyul 2021 10:58

“OpenWHO”  platforması “İnfeksiyanın profilaktikası və nəzarəti (İPN) üzrə liderlik və proqramın idarə edilməsi”  mövzusunda tibb işçilərini onlayn kursa dəvət edir

COVID-19 pandemiyası onlayn təlim vasitələrinə sahib olmağın əhəmiyyətini artırıb. Bu vasitələr həm qısa zamanda daha geniş auditoriyaya çatmaq, həm də bilik və bacarıqları paylaşarkən fiziki təmasları minimuma endirməyə kömək edir.

Bunu nəzərə alaraq, Avropa İttifaqının maliyyələşdirdiyi “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində ÜST-nin Ölkə Ofisi “OpenWHO” platformasında Azərbaycan dilində ilk onlayn kurs – “İnfeksiyanın profilaktikası və nəzarəti (İPN) üzrə liderlik və proqramın idarə edilməsi” kursunu tərcümə edərək tibb işçilərinin istifadəsinə verib. Xəstəxana İPN komitələrinin üzvləri üçün nəzərdə tutulan kurs layihələrin idarə edilməsi və keyfiyyətin yüksəldilməsi üçün multimodal strategiyalar barədə lazımi bilik və bacarıqlar verməklə səhiyyə müəssisələrində İPN-lə bağlı vəziyyəti yaxşılaşdırmağa kömək edəcək.

Əgər səhiyyə müəssisəsi rəhbəri və ya xəstəxana İPN komitəsi üzvüsünüzsə, sizi bu kursu keçməyə dəvət edirik. Kursu bitirmək üçün təxminən 4 saat lazımdır. Kursu öz vaxtınıza uyğun hissə-hissə keçib bitirə bilərsiniz. Kursun sonundakı onlayn testdə ən azı 70% nəticə əldə edənlərə ÜST tərəfindən elektron sertifikat təqdim ediləcəkdir.

Kursda iştirak etmək üçün buraya daxil olun.

Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

OpenWHO platformasındakı kurslarda iştirak etmək üçün.

  1. “OpenWHO” platformasında qeydiyyatdan keçin və elektron poçt ünvanınıza göndərilən məktubu təsdiqləyin; 
  2. Səhifəyə daxil olduqdan sonra dil seçimi edib (rus dilini seçə bilərsiniz) profilinizi yaratmaq üçün tələb olunan məlumatları daxil edin.
  3. Əsas menyudakı “Kanallar” bölməsində mövzunu seçib kurslar siyahısına daxil olun. Dil seçimi etdikdən sonra seçdiyiniz dildə mövcud olan bütün kurslar ekranda görünəcək.
  4. Açılan siyahıdan sizə uyğun olan kursu seçin.

Platfomanın mobil tətbiqini yükləmək üçün:

IOS: https://apps.apple.com/us/app/openwho/id1183923481

Android: https://play.google.com/store/apps/details?id=de.xikolo.openwho&hl=az&gl=US

Zəng sifariş et