15 Sentyabr 2022 14:00

Rus və ingilis dillərinə yazılı tərcümə xidmətinin satınalınması məqsədilə keçirilmiş tenderin qalibi müəyyən olub

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” (Agentlik) publik hüquqi şəxsi tərəfindən icbari tibbi sığorta çərçivəsində həyata keçirilən tədbirlərin, xəbərlərin, məlumatların Agentliyin rəsmi internet səhifəsində (www.its.gov.az) paylaşılması üçün azərbaycan dilindən rus və ingilis dillərinə yazılı tərcümə xidmətinin satınalınması məqsədilə açıq tender metodu tətbiq edilməklə keçirilmiş elektron satınalma prosedurunun qalibi “Netvorking.Az” Məhdud Məsuliyyətli Cəmiyyəti müəyyən edilmişdir. “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi ilə “Netvorking.Az” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 12.09.2022-ci il tarixində müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Zəng sifariş et