15 Oktyabr 2021 16:56

Tibb müəssisələri üçün spesifik dərman vasitələrin satın alınması üzrə elektron satınalma vasitəsilə keçirilən açıq tender prosedurunun qalibləri müəyyən edilib

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi tərəfindən “Tibb müəssisələri üçün spesifik dərman vasitələrin satın alınması üzrə elektron satınalma vasitəsilə keçirilən açıq tender prosedurunun qalibləri “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Esam LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Yurd Pharma” Məhdud Məsuliyyətli Cəmiyyəti müəyyən edilmişdir.

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi 27.09.2021-ci il tarixində “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ƏDV də daxil olmaqla ümumilikdə 1 192 926.90 (bir milyon yüz doxsan iki min doqquz yüz iyirmi altı manat 90 qəpik) manat, “Esam LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ƏDV daxil olmaqla ümumilikdə 568 269,71 (beş yüz altmış səkkiz min iki yüz altmış doqquz manat 71 qəpik) manat və “Yurd Pharma” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında isə ƏDV daxil olmaqla ümumilikdə 647 280.50 (altı yüz qırx yeddi min iki yüz səksən manat 50 qəpik) manat məbləğində satınalma müqaviləsi imzalanmışdır.

Zəng sifariş et