11 Avqust 2021 11:35

“Ümumprofilli müalicə müəssisələrinin fəaliyyətində istifadə olunan əsas dərman vasitələri”nin satınalınması üzrə keçirilmiş açıq tenderin qalibləri müəyyən edilib

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi tərəfindən “Ümumprofilli müalicə müəssisələrinin fəaliyyətində istifadə olunan əsas dərman vasitələri”nin satınalınması üzrə keçirilmiş açıq tender prosedurunun qalibləri 3 iddiaçı “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti və “Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti müəyyən edilmişdir.

02.08.2021-ci il tarixində Agentlik ilə “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 1,417,475.00 (bir milyon dörd yüz on yeddi min dörd yüz yetmiş beş manat 00 qəpik) manat, “Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti arasında 1,356,891.44 (bir milyon üç yüz əlli altı min səkkiz yüz doxsan bir manat 44 qəpik) manat və “Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında isə 5,247,973.30 (beş milyon iki yüz qırx yeddi min doqquz yüz yetmiş üç manat 30 qəpik) manat məbləğində satınalma müqaviləsi imzalanmışdır.

Zəng sifariş et