08 Sentyabr 2021 17:20

“Ümumprofilli müalicə müəssisələrinin fəaliyyətində istifadə olunan tibbi ləvazimatlar”ın satın alınması üzrə keçirilmiş açıq tenderin qalibləri müəyyən edilib

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi tərəfindən “Ümumprofilli müalicə müəssisələrinin fəaliyyətində istifadə olunan tibbi ləvazimatlar”ın satın alınması üzrə keçirilmiş açıq tender prosedurunun qalibləri 6 iddiaçı “Avromed Company” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Arash Medical Company” Qapalı Səhmdar Cəmiyyəti, “Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Medeks” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Paşa-K” Firması, “JBA Group”  Məhdud Məsuliyyətli Cəmiyyəti müəyyən edilmişdir.

31.08.2021-ci il tarixində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi ilə “Avromed Company” Məhdud Məsuliyyətli Cəmiyyəti 450 179.09 (dörd yüz əlli min yüz yetmiş doqquz manat 09 qəpik) manat, “Arash Medical Company” Qapalı Səhmdar Cəmiyyəti  587 853.58 (beş yüz səksən yeddi min səkkiz yüz əlli üç manat 58 qəpik) manat, “Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti 1 635 480.00 (bir milyon altı yüz otuz beş min dörd yüz səksən manat 00 qəpik) manat, “Medeks” Məhdud Məsuliyyətli Cəmiyyəti 1 203 151.60 (bir milyon iki yüz üç min yüz əlli bir manat 60 qəpik) manat, “Paşa-K” Firması 333 734.56 (üç yüz otuz üç min yeddi yüz otuz dörd manat 56 qəpik) manat və “JBA Group”  Məhdud Məsuliyyətli Cəmiyyəti 183 539,62 (bir yüz səksən üç min beş yüz otuz doqquz manat 62 qəpik) manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Zəng sifariş et