28 Ноября 2023 12:30
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edəcək
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev 22 dekabr 2023-cü il tarixində Şirvan şəhər və Hacıqabul rayon sakinlərini qəbul edəcək.
Qəbul Şirvan şəhəri, Heydər Əliyev prospekti 16 ünvanında yerləşən Şirvan Şəhər Mərkəzi Xəstəxanasının konfrans zalında saat 10:00-da başlayacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə birgə Şirvan şəhər və Hacıqabul rayon mərkəzi xəstəxanalarının Ümumi şöbələrinə müraciət etməklə, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 Çağrı mərkəzinə, (+994 12) 310 07 70 (daxili 2117) əlaqə nömrəsinə zəng etməklə və ya Agentliyin www.its.gov.az rəsmi saytının vətəndaşların qəbulu üçün onlayn qeydiyyat bölməsi vasitəsilə, yaxud info@its.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlardan Agentliyin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı müraciət etmələri və şəxsiyyəti təsdiq edən sənədlə birgə gəlmələri xahiş olunur. Müraciətini yazılı təqdim etmək istəyən vətəndaşların diqqətinə çatdırırıq ki, müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.
Qəbula qeydiyyat 21 dekabr 2023-cü il, saat 18:00-da başa çatır.
Объявления
Gəncə şəhərində uzman həkimlərin uşaqlar üçün səyyar qəbulu keçiriləcək
15 Июля 2024 11:15
Zaur Əliyev Şəki rayonunda vətəndaşları qəbul edəcək
04 Июля 2024 16:15
Zaur Əliyev Goranboy rayonunda vətəndaşları qəbul edəcək
07 Июня 2024 09:00
Zaur Əliyev Göyçay şəhərində vətəndaşları qəbul edəcək
29 Апреля 2024 15:49
Zaur Əliyev Daşkəsən şəhərində vətəndaşları qəbul edəcək
15 Апреля 2024 09:16
Zaur Əliyev Kürdəmir şəhərində vətəndaş qəbul edəcək
28 Февраля 2024 16:00
Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edəcək
30 Января 2024 15:00
Zaur Əliyev Neftçala rayonunda vətəndaşları qəbul edəcək
07 Января 2024 12:00
Agentliyin İdarə Heyətinin sədri Quba rayonunda vətəndaşları qəbul edəcək
01 Ноября 2023 17:00
Agentliyin İdarə Heyətinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edəcək
05 Октября 2023 10:00