Loading...
How to recognize official websites?

Official website links end with .gov.az.

Government institutions communicate via the .gov.az domain (e.g. my.gov.az) List of official websites

Secure websites use HTTPS

As an additional security measure, check for the lock icon or the https:// prefix in the URL bar. Share your sensitive information only on official and secure websites.
search

Agentlik Çağrı mərkəzi xidmətinə vakansiya elan edir

İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Vəzifə: Kiçik mütəxəssis/mütəxəssis (Qeyri-iş saatları üçün vaxtamuzd əsaslarla)

Şöbə: Çağrı mərkəzi xidməti

 

Vəzifə öhdəlikləri:

      • Agentliyin Çağrı Mərkəzinə daxil olan şifahi müraciətlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”na uyğun olaraq Agentliyin Çağrı Mərkəzi vasitəsilə edilən şifahi müraciətlərin qəbulu, qeydiyyata alınması və canlı rejimdə birbaşa cavablandırılmasının həyata keçirilməsi, və birbaşa cavablandırılması mümkün olmayan şifahi müraciətlərin cavablandırılmasının həyata keçirilməsi;
      • Müraciətlərin operativ, düzgün, tam, açıq cavablandırılmasının təmin olunması;
      • Müraciətlərdə qaldırılmış məsələlərə dair mövcud qanunvericiliyə əsaslanmaqla və sənədlərə düzgün istinad edilməklə izahatların verilməsi;
      • Birbaşa cavablandırıla bilinməyən müraciətlərin həlli üçün aidiyyəti üzrə yönləndirilməsi;
      • Müraciət vərəqinin hazırlanması;
      • Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.

 

    Vəzifə üçün tələblər:

 

  • Ali tibbi sahə üzrə təhsili;
  • Çağrı mərkəzində iş təcrübəsi;
  • Ali tibbi təhsil ixstisası üzrə təhsil alan tələbələr;
  • Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür);
  • MC Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Dinləmək bacarığı;
  • Enerjili və yüksək fəaliyyət qabiliyyəti;
  • İntizamlılıq və tez öyrənmə bacarığı;
  • Məqsədyönlülük və əmzkarlıq;
  • Stressə qarşı davamlılıq.

Maraqlanan namizədlər CV-lərini (Çağrı mərkəzi/qeyri-iş saatları) başlığı ilə 30 oktyabr 2021-ci il tarixinədək hr@its.gov.az  e-mail ünvanına göndərə bilərlər.

Müraciət olunan  vəzifənin adı qeyd edilməlidir.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Rəqabətədavamlı əmək haqqı.

Note:
  • The title of the position you are applying for should be mentioned in the “subject” section;
  • Applications will be reviewed and only candidates who meet the requirements will be contacted.
  • For security reasons, applications received from emails with the domains yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru,
    yahoo.com are not accepted.