12 Sentyabr 2019 10:17

Avqust ayında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 250 vətəndaş müraciəti daxil olub

2019-cu ilin avqust ayı ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ümumilikdə 250 müraciət daxil olub. Onların 99-u ərizə, şikayət və təklif xarakterli olmaqla məktub, 151-i isə telefon vasitəsilə edilib. Müraciətlərin əksəriyyəti icbari tibbi sığortanın pilot layihə olaraq həyata keçirildiyi Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarının sakinləri tərəfindən edilib.

Agentliyə daxil olan müraciətlərin 62-si müayinə, müalicə və cərrahi əməliyyatlar, 33-ü əlillik məsələləri, 52-si icbari tibbi sığortanın tətbiqi və sığorta haqları, 21-i işə qəbul və əmək münasibətləri, 26-sı ambulator dərman təminatı, 16-sı göndərişlərin verilməsi, 5-i tibbi xidmətlərlə bağlı ödənişlər və 35-i isə digər mövzular ilə bağlı olub.

Bütün müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılıb. Belə ki, onların 9,6%-i həll edilib, 73,6%-nə müvafiq izahat verilib, 14,8%-i icradadır, 0,4%-i baxılmamış saxlanılıb, 1,6%-i isə baxılması üçün aidiyyəti üzrə digər təşkilatlara göndərilib.

Qəbul qrafikinə uyğun olaraq avqust ayında Agentliyin rəhbərliyi və vəzifəli şəxsləri tərəfindən 18 vətəndaş qəbul edilib. Qəbula gələn vətəndaşlar əsasən dərman vasitələri və işlə təminat, əlillik dərəcəsinin təyin edilməsi, müayinə-müalicə, cərrahi əməliyyatlar və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciətlərin 16,7%-i həll edilib, 83,3%-nə isə müvafiq izahat verilib.

Zəng sifariş et